Среда, 05 Февраль 2014 14:35
Nənələr qocalmasın!
Səbinə Haqverdiyeva.
Nənələr qocalmasın!
- Bu gün bir sual verdi,
Müəllim şagirdlərə.
Nə edərdin bir günlük,
Əgər düşsə əlinə,
Hər sözünə əmrinə,
İstəklərinə buyruq,
Arzulara çatdıran,
Əsil sehirli çubuq?
Ayxan maşın istədi,
Atası sürdüyündən.
Leyla “Ağ bant” söylədi,
Banuda gördüyündən.
Kimi qırmızı papaq,
Kimi gəlincik, paltar.
Təkcə Gülər qalmışdı,
Bu arzulardan kənar.
Bunu görən müəllim,
Şagirdini səslədi.
O, Gülərdən sualın,
Cavabını istədi.
Gülər yavaşca qalxdı,
Öz yerindən ayağa.
Titrək kövrək səsiylə,
Başladı danışmağa:
- Mənim nənəm qocalıb,
Əlləri yaman əsir.
Ayaqları yorulub,
Nənəm əsayla gəzir.
İstəyirəm nənəmin
Üzün qırış almasın.
Qoy hec zaman, hec kimin
Nənəsi qocalmasın.
Опубликовано в
Səbinə Haqverdiyeva