Вторник, 04 Сентябрь 2012 09:45
ŞƏLALƏ VƏ BULAQ
İvan Andreyeviç Krılov
ŞƏLALƏ VƏ BULAQ
Tərcümə edəni Mirmehdi Seyidzadə
Coşub qayalıqdan axır şəlalə,
Bulağa xor gözlə baxır şəlalə.
Bulaq dağda güclə seçilir... fəqət,
Əlacdır xəstəyə о verir qüvvət.
Şəlalə qürurla deyir: - Ay Bulaq,
Az suyunla olur səndə çox qonaq!
Mənə tamaşaya gəlir insanlar,
Bəs səni görməkdə, söylə, nə sirr var?
Bulaq sakit-sakit axıb keçərkən
Deyir: -Xəstələrin dərmanıyam mən!
görmədim, dostum, görmədim!
Опубликовано в
İvan Krılov