Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 04 Сентябрь 2012 10:40

SAZANDALAR

İvan Andreyeviç Krılov

SAZANDALAR

Tərcümə edəni Abbas Səhhət

 

Dəcəl Meymun, çolaq Ayı, çəp Keçi

Bir ulağa yoldaş oldu hər üçü.

Dörd səslicə bir musiqi nəğməsi,

Çalmağa həmahəng oldu cümləsi.

İki kamança, iki tar tapdılar,

Bir çəmənin üstə məclis yapdılar.

Oturdular, tərəb bəzmi qurdular,

Mizrabı tara nə qədər vurdular...

Sürtdü kamançaya Ayı əllərin,

Az qaldı ki, lap qopara tellərin.

Heyfa ki, çıxmadı tarın sədası,

Ucalmadı kamançanın nəvası.

Meymun dedi: - Bir dayanın, qardaşlar,

Bu növ ilə oturmazlar, yoldaşlar!

Kaman çalanlar üz-üzə otursun,

Qoy tarçılar qalxıb ayağa dursun.

Gəlin indi nəğməni başdan çalaq,

Dağa-daşa, səhraya şuriş salaq.

Başladılar nəğmələri çaldılar,

Yenə səs çıxmadı heyran qaldılar.

Eşşək bağırdı: - Qardaşım! Toxta, dur;

Mən duymuşam illətini bax budur:

Bizim böylə oturmamız qələtdir,

Cərgə ilə duraq, о məsləhətdir.

Tabe oldu tamamisi ulağa,

Amma yenə səs getmədi uzağa,

İşdə yenə münaqişə başlandı,

Oturmaq üstə sözləri uzandı.

Bu əsnada keçdi ordan bir Bülbül,

Yalvardılar: - Sən et bizə təəmmül

Biz bir neçə kamança, tar tapmışıq,

Burda bir işrət məclisi yapmışıq.

Xahişimiz budur, bir azca zəhmət

Çəkib, bizə oturmağı gəl öyrət.

Bülbül dedi: - Bunlar ilə kar aşmaz,

Bu baş-qulaq kamançaya yaraşmaz.

Musiqi - bir zövq istəyir bu sənət,

Bir də gərək elmlə qabiliyyət.

Sizdə ki yoxdur bunlardan bir əsər,

Boş yerə zəhmət çəkməyin, müxtəsər.



Tərəb bəzmi - şadlıq məclisi

Ş u r i ş - çaxnaşma; səs-küy

Təəmmül ~ fıkir

Прочитано 11008 раз