Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 04 Сентябрь 2012 08:53

BÜLBÜLLƏR

 

İvan Andreyeviç Krılov

BÜLBÜLLƏR

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Bir ovçu bülbülləri tutdu saldı qəfəsə,

Nəğməkarlar oxuyub verdi burda səs-səsə.

Bülbüllər istəyirdi gəzsin çəməndə, bağda,

Zindanda qəlb açılmır, olmayır oxumaq da.

Əlac yoxdu, bəzisi dərddən gəlib fəğanə,

Bəzi də darıxmaqdan oxuyurdu təranə.

Үassаr - bacarıqsız, fərsiz

Bülbüllərin içində biri lap darıxrdı,

Yardan ауrı düşmüşdü, məhbəs onu sıxırdı.

Qan-yaş töküb qəfəsdən baxırdı çəmənlərə,

Gecə-gündüz batırdı zavallı quş kədərə.

Birdən düşünüb dedi: - Fikirdən bir şey çıxmaz,

Axmaq tökər göz yaşı, ağıllını qəm sıxmaz.

Çətinlikdən çıxmaqçün axtarar əlac tapar,

Məhbəsdən qurtarmağa mənim bacarığım var.

Ətimizi yeməkçün ovçu tutmayıb bizi,

О dinləmək istəyir qəlb açan nəğməmizi.

Mən ovçuya oxusam könülaçan nəğmələr,

Səsim təsir eyləyər, nəğməmdən xoşu gələr.

İnsaf edib buraxar məni dəmir qəfəsdən,

Azadlığa çıxaram, qurtararam məhbəsdən.

Bülbül belə düşündü, ucaltdı şən səsini

Səhərdən-axşamacan oxudu nəğməsini.

Bu tədbirin nəhayət çox pis oldu təsiri,

Qurtarmadı bəladan, əsarətdən əsiri.

Pis oxuyan quşları ovçu eylədi azad,

Onlar uçdu çəmənə könülləri oldu şad.

Mənim yazıq bülbülüm oxuduqca qəfəsdə,

Ovçu onu daha bərk saxlayırdı məhbəsdə.

Прочитано 9384 раз