Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 31 Август 2012 18:59

Mikayıl Müşfiq

 Mikayıl Mushfiq1Mikayıl Müşviq (1908-1938)

Şair Mikayıl Müşviq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmış, yaxın qohumlarının himayəsində böyümüşdür. Onun atasi Mirzə Qədir İsmayılzadə “Səadət” məktəbində müəllim işləməklə yanaşı “Vüsaqi” təxəllüsü ilə şerlər yazırdı. Yeri gəlmişkən, böyük bəstəkar M.Maqomayev “Şah İsmayıl” operasını Mirzə Qədirin eyni adlı poeması əsasında yaratmışdır.

M.Müşfiqin tərbiyəsinə nənəsi Qızqayıt böyük tə`sir göstərmişdir. O, çoxlu nağıl, əfsanə, xalq şerləri və mahnıları, bayatı və laylaları əzbər bilirdi. M.Müşviq ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almış sonra təhsilini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və adəbiyyat fakültəsində davam etdirmişdir (1927-1931). Əmək fəaliyyətinə pedaqoq kimi başlamış gənc şair 7 il Bakının orta məktəblərində müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi “Bir gün” şerilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur. A.S.Puşkinin “Qaraçılar” (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şerlərini və başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayıl Müşviq M.F.Axundovun A.S.Puşkinin ölümünə yazdığı məşhur “Şərq poeması”nı da azərbaycan dilinə çevirir.

M.Müşfiq həbs edilməmişdən əvvəl “Çağlayan” şerlər toplusunu tərtib edib nəşriyyata vermişdir. Buraya şair son illərdəki şe`rləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdi. “Çağlayan” bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci ildə şair “Xalq düşməni” damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gül icra olunur.

Müşviqin həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə Bakıda “Musiqili günlərim” adlı xatirələr kitabı nəşr olunur, 2005-ci ildə isə kitabın son genişləndirilmiş nəşri “Gənclik” nəşriyyatında işıq üzü görür.

Qeyd edək ki, Mikyıl Müşviqin xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir. Onun "Yenə o bağ olaydı", “Oxu, tar" və bir sıra başqa əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

ANA

 

Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

 

Ana, ana!... Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.

 

Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin çilvəsində yaratmış;

Ana, ana... çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.

 

O fidanı bəzi faqıt istiyorum çəkərək,

Qoparayım ürəyimdən, fəqət onda varlığım

Sızıldarkən, sanki bir səs qopub incə və titrək

Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!

 

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,

Söylədiyin sözlər ki var beşiyinin üstündə

Oxuduğum türkülərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

 

Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.

 

İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,

Diyorum ki, - qapılmadan bir xülyaya, bir hissə-

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

 

İnandığım bir qiblə var, o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım

Bİr aləmdir, bir aləm ki, səmaları qıpqızıl,

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

DÜDÜK SƏDALARI

 

Səhərlər uyar-uymaz üfüqlər bir xoş rəngə,
Tıxanır qulağımız sinirli bir ahəngə,

O zaman xəyalımız düdüklər coşmuş sanır.

 

Bir cılğın ürpərişlə bu hayqıran düdüklər,

Boynumuza həyatın ağır yükünü yüklər,

Nəhayət hər tərəfdə gediş-gəliş başlanır.

 

Toplaşır əməkçilər iş başına həvəslə,

- Üfüqlər bürünürkən fəcirdən bir kömləyə,

Düdüklərin əmrini yerinə yetirməyə.

 

-Çağırınız bizləri kəsilməyən nəfəslə

Düdüklər! Yorulmadan çağırınız bizləri,

Təqib edəcəyiz bir hərəktlə sizləri.

 

Ey hər düdük ruhundan ruha axan sədalar,

Ürəklərdə şən əmək şamı yaxan sədalar,

Sizinlə makinanın düyünləri açılır.

 

Boruların ağzından qaçıb uzaqlaşınca,

Sürətli dalğalarla siz bizə yaxlaşınca,

İçimizə həyatın cilvələri saçılır.

 

Düdüklərin müsəsəl uzun çağırışları,

Havada bu görünməz səslərin yarışları

Sayəsində çözülür sükunətin bağları.

 

Bəzən təbəssümlərlə cilvələr bulursunuz,

Bəzən tutqun gözlərin şahidi olursunuz

Ey düdük sədaları! Ey düdük sədaları!

 

 

 

 

 

 

 

 

ŞƏNGÜL, ŞÜNGÜL, MƏNGÜL

 (Nağıl)

Biri varmış, biri yoxmuş,
Məzlumların dərdi çoxmuş.
Saqqalı bir keçi varmış,
Gəzdiyi yer qayalarmış.
Dağdan-dağa atlanaraq,
Hər zəhmətə qatlanaraq
Yaşarmış öz əməyilə,
Başqasının köməyilə
Dolanmaqdan utanarmış,
Onun üç yavrusu varmış:
Biri Şəngül, biri Şüngül,
Biri də balaca Məngül.

Şəngülün gözləri qara,
Bənzəyirdi ceyranlara.
Şəvə tükü buruq-buruq,
İncə baldır, qısa quyruq.
Yeni çıxmış buynuzları,
Buxağında qotazları.
Bir yaşında maral çəpiş,
Bacaqları bir dal çəpiş
Şüngülün gözləri nərgiz,
Sanki dünyadan xəbərsiz.
Gecə-gündüz oynaqlardı,
Anasını qucaqlardı
Yuxa tükü bəyaz, yumşaq,
Qulaqları sanki zanbaq.
Alnındakı qaşqa gözəl,
Yoxdu bundan başqa gözəl.
Hələ bircə Məngülə bax,
Ayağında səkilə bax.
Yoxdur böylə gözəl çəpiş
Nazlı çəpiş, təpəl çəpiş.
Yumşaq tükü ala-bula,
Tamamilə başa bəla!

Ardı...

XALI

 

İşçi qız, toxuduğun o divar xalısında

Heyran oldum ürəkdən işlədiyin sənətə,

Bir gözəllik əsəri verdin bəşəriyyətə.

 

Böyüklüyün çoxuna məchul ikən əvvəllər,

Vurduğun naxışların, qız, ən bahalısında

Meydana çıxdı bu gün səndəki böyük hünər.

 

Qabarlanan o incə, o nazik barmaqların

Birinin təəssüflə cəlb etsə nəzərini,

Alqışlar tutacaqdır o baxışın yerini.

 

İnan ki, qonaqların önünə çıxsa yarın,

Xalında rəngi-ruhu solmayan o ulduzlar,

Həm sənin, həm ölkənin göylərini yaldızlar.

 

Sən ey Şərqin əməkçi qızı, çırpın, qanadlan!

Bürüyəcək şöhrətin bu sənət meydanını,

Ola bilməz çəkdiyin zəhməti gözdən salan.

 

Birsən sənət yolunda candan keçən ərlərlə,

Meydana buraxdığın böylə şah əsərlərlə

Ucaldırsan ölkəmin şöhrətini, şanını.

ÖLKƏM

 

Dünyamızı seyr etdim min dürlü həvəslərlə,

Gördüm coşuyor dillər pək nəşəli səslərlə,

Baxdım doludur yarlar şən qəlbili kəslərlə,

Pək şad olaraq güldüm abad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

Baxdım ki, duman görməz yüksəkləri billuri,

İnsanları matəmsiz, istəkləri billuri,

Dağlar, ovalar gülşən, hər bir yeri billuri,

Hər şey gülüyor gördüm, pək şad oldum ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

Qış getdi ölümlərlə, ölkəmdə bahar vardır,

Bağlarda gözəlliklər, şən qəhqəhələr vardır,

Sevdalı könüllərdə sevdikləri yar vardır,

Daim sevişirlər, bax, məzdad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

Vicdanları pək şəffaf, insanları nurani,

Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?!

Qaplar yarın artıq sağ dünyaları ürfanı.

Hər yer güləcək, nura mötad olan ölkəmdə.

Qəmlərdən, ələmlərdən azad olan ölkəmdə.

 

 

Прочитано 63952 раз