Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 30 Август 2012 14:53

TÜLKÜ VӘ QOYUN

Abasquluağa Bakıxanov

TÜLKÜ VӘ QOYUN

 

Yazılıb bir maraqlı dastanda,

Vardı bir tülkü bir biyabanda.

 

O da zaһid kimiydi gәnişin,

Gözü ac, һiylәgәr, dәcәl, xudbin.

 

Bir gün oldu acından avarә,

Aclığa tapmadı o bir çarә.

 

Baş alıb gәzdi çöl-biyabanı,

Yem üçün axtarırdı dünyanı.

 

Gördü çöldә һәvәslә bipәrva,

Bir qoyun otlayır tәkü-tәnһa.

 

Bir ona baxdı, bir dә qüvvәtinә,

Gördü işlәr yaman düşüb çәtinә.

 

Gücü çatmaz ki, bitirә işini,

Qıcıdıb һirs ilә ona dişini

 

Dedi:-Ey canı bәrk, quyruğu boş,

Belә bir zülm getmәz allaһa xoş.

 

Bu әrazi mәnim babamdandır,

Sәndә bu nә ürәk, nә vicdandır

 

Ki, edirsәn bu yerlәri viran?

Kirәsin vermәsәn, düşәr bil, qan...

 

Bu acı sözlәri eşitdi qoyun,

Çarәsi qalmayıb әlindә onun,

 

Dedi:-Yoxdur sәnә inamım bil,

Ola bilmәz, bu yer sәninki deyil.

 

Sahib olmaz bizim bu səhrada,

Mən kimi min qoyun gəzir burada.

 

Söylədi tülkü:-Şahidim vardır,

Həqqi onlar bilir, bu aşkardır.

 

Bu sözü hamı eyləyər təsdiq,

İstəsən ki, bu söz ola təhqiq,

 

Neyləyim, sabit olsa bu əhval?

Dedi:-Olsun sənə bu qanım halal…

 

Tülkü getdi, qoyun yazıq, miskin,

Gəlib evdə oturdu çox qəmgin.

 

Ağanın bir böyük iti var idi,

Bir hücumda pələngi yırtar idi.

 

Gah olardı çoban ilə həmdəm,

Evi də gözləyərdi o hər dəm.

 

Qorxusundan onu səmada belə,

Yaxlaşammazdı Göy şiri Həmələ

Ona nəql etdi macəranı qoyun,

Hirsi coşdu bu macəraya onun.

 

Dedi:-Tülkü kələk qurub, bir bax,

Dostumun qanına susur axmaq.

 

O, qoyuna gedib ora çatdı,

Bir çuxur qazdı, gizlənib yatdı.

 

Dedi:-Get otla, qorxma, arxayın ol,

Tülkü şahid gətirsə etmə qəbul.

 

And üçün yanıma gətir onu sən,

Sonra gör neylərəm o şahidə mən?!

 

…İt ki gizləndi yatdığı yerdə,

Sizə qoy tülküdən deyim bir də.

 

Özünü tülkü çöllərə vurdu,

Qoca bir qurda rastlaşıb durdu.

 

Getdi, hörmətlə o, salam etdi,

Ona çox izzət, ehtiram etdi.

 

Dedi:-Ey vəhşilər əmiri, sənə,

Verirəm muştuluq, məni dinlə!

 

Görmüşəm bir qoyun səfeh, nadan,

Bayramın lap içindədir qurban.-

 

Söylədi macəranı tülkü tamam,

Qurda gəldi fərəhli bir ilham.

 

Dedi:-Haqqı danammarıq heç biz,

Dediyin yer sizinkidir şəksiz.

 

Belə şahid tapıldı çox “adil”,

Müddəi hər nə söyləsə qail.

 

Müxtəsər qaniçən iki qəddar,

Gülüşüb verdilər hücuma qərar.

 

Elə ki, oldular ora varid,

Dedi tülkü:- Budur, bu da şahid.

 

Hər sözü doğrudur, həqiqətdir,

Məqsədi dünyaya ədalətdir.

 

Necə olmaq bu hökmə narazı,

Özü həm şahid, həm də ki, qazı...

Dedi:-Yox, yox, bu söz qəbul olmaz

Müddəa sabit olmalı bir az.

 

Tanıram qurdu, istəyir ala can,

Şəri, haqqı o tapdalar hər an.

 

Sahibim yoxsa da yanımda mənim,

Bir ocaq var yaxında xeyli qədim.

 

Gedərək and için ona dərhal,

Qanım olsun sizə o dəmdə halal.

 

Qurd dedi:-Sənətimdir and içmək,

Qorxu olmaz təmizcə hər bir ürək.

 

Dedi tülkü:-Mənim də qorxum yox,

İçmişəm böylə andları mən çox...

 

Sözləşib getdilər ocağa sarı,

Yol hələ olmamışdı orda yarı,

 

Tülkü baxdı ocağa heyrətlə,

Ürəyi vurdu bir əlamətlə.

 

Gördü bir göz parıldayır altda,

Sanki bir şam yanır o zülmatda.

 

Dedi qurda:-Ocağa and içmək,

Bizim əcdada olmamış məslək.

 

Atam and içdi, düşdü bəndə haman,

Ovçu soydu dərisini nalan.

 

Anam and içdi, yeddi il yatdı,

Yeddi il dərdə, qüssəyə batdı.

 

İndi mən qorxuram bu anddan çox,

Özün and iç sənin ki qorxun yox.

 

Qurd dedi:-Hiyləni burax, tülki,

Güc olan yerdə hiylələr bil ki,

 

Boş olar, qorxmuram ocaqlardan,

Tülkülər qorxuya düşər hər an...

 

Qurd əl atcaq ocağa, it çıxdı,

Hulqumundan yapışdı, bərk sıxdı.

 

Tülkü görcək əkildi tez aradan,

Qışqırıb qurda söylədi:-Nadan,

Demədim burda gizli hikmət var,

Bu ocaqda yəqin bir illət var?!

 

...Qüdsi, sən işlədib də hiyləvü zür

Olma heç öz nəvan ilə məğrur.

 

Gücsüzə rəhmsizcə zülm etsən,

İntiqamı alar bir it səndən.

Прочитано 6495 раз