Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 30 Август 2012 09:49

AĞILSIZ РEYKKO

AĞILSIZ РEYKKO

Fin nağılı

ch
ox qədim zamanlarda
Реуkkо adlı troll yaşardı. Heç kim onun hardan gəldiyini bilmirdi. Biri deyirdi Реуkkо dənizlər sahibəsi Vellamo, meşələr şahı Tapio kimi təbiətin hakimidir, digərləri Реуkkоnun adi insan olduğunu və meşədə yaşadığını söyləyirdilər. Bir sözlə, heç kim onun haqda əməlli-başlı bir söz deyə bilmirdi. Yalnız bir şey məlum idi: Реуkkо ən ucaboylu kişilərdən daha hündür və qüvvətli idi, üzü saqqallı, saçları pırtlaşıq, əl-ayağı sanki yonulmamış kötük kimi idi.

Реуkkо qoca, varlı və ağılsız idi. Belə deyirdilər.

Реуkkо kəndə gəlməyinə bənd idi. Kənd sakinləri dərhal onu ələ salmağa başlayırdılar. Hamıdan da əvvəl gənc Matti.

Bir gün Реуkkо kəndə gəldi və Matti ilə buxarxanada ondan daha çox otura biləcəyi və ən уüksәk hərarətə dözəcəyi barədə mübahisəyə girişdi. Belə də etdilər, buxarxanaya getdilər.

Matti hamamın divarında bir dəlik açdı və xəlvəti küçəyə boylandı.

Реуkkо bir yandan daşları qızdırır, üstünə qaynar su tökürdü. Soba sanki yüz pişik təki fışıldayır, Matti də hey buxarı artırmağı xahiş edirdi. Ona nə vardı ki! Divardaki dəliyin yanında durub təmiz hava udurdu!

Реуkkо buxara dözə bilmədi və küçəyə qaçdı. Hamamın altına yanan bir kösöv atdı. Hamam alışdı və göz qırpımında yanıb külə çevrildi, yalnız soba sağ-salamat dururdu.

Matti isə divarda açdığı dəlikdən çölə çıxdı və yanğından xilas

oldu.

Ertəsi gün Matti kənd sakinləri ilə birlikdə yanğın yerinə gəldi və orda Реуkkonu gördü.

-      Dünən axşam yaxşı tərlədin? - deyə Реуkkо acıqlandı.

-      Hardan! - deyə Matti qımışdı. - Sən hamamı yaxşı qızdıra bilmədin, heç buxar yox idi, tamam dondum.

Matti və Реуkkо bir qış günündə yenidən qarşılaşdılar və təzədən tutuşdular.

-      Qış çox sərt keçir, - deyə Реykkо donquldadı.

-      Doğrudan? - deyə Matti təəccübləndi.

-      Əlbəttə! Belə şaxtada heç bir iş görmək olmaz.

-      Yox bir! Elə şaxta yoxdur ki, ona dözə bilməyim! Mərc gəlirsən?

-      Gəlirəm! - deyə Реуkkо sevindi, özü isə buz kimi şaxtanı və küləyi Mattinin üstünə saldı.

Matti dişlərini bir-birinə sıxıb baltasını qaldırdı, kötükləri bir göz qırpımında oduna çevirdi!

Реуkkonun soyuqdan dişi-dişinin üstünə düşmürdü, soyuqdan özünü necə xilas edə biləcəyini bilmirdi.

-      Şaxta çox sərt deyil ki? - deyə о soruşdu.

-      Bəlkə də sərtdir, amma külək yaxşıca qızdırır, - deyə Matti biclik

işlətdi.

Реуkkо mat qalmışdı, xeyir ola Mattiyə istidir?

Реуkkо küləyi, şaxtanı dayandırdı, onsuz da bir işə yaramırdılar. Yenə Matti ona qalib gəlmişdi.

О zaman Реуkkо Mattini hoppanmaqda yarışmağa çağırdı - kim yerə daha çox bata bilər. Matti razılaşdı, gəl qayadan hoppanaq. Özü isə gecədən dağın ətəyində dərin bir quyu qazıdı, onu çır-çırpı ilə doldurdu, üstünü iynəyarpaq ağacın budaqları ilə örtdü.

Səhər onlar qayanın kәnarınа gəldilər, hoppanmağa hazırlaşdılar. Реуkkо hoppandı, dizinə qədər torpağa batdı. Matti hoppandı, tamam yoxa çıxdı, heç başı da görünmürdü. Matti quyudan çıxana kimi Реуkkоnun təəccübdən ağzı açıla qalmışdı.

-      Sən deyəsən cadugərsən, - deyə Реуkkо ah çəkdi, - yoxsa yerin

dərinliyinə necə girə bilərdin?

-      Mən cadugər deyiləm, - dedi Matti, - mən əsl kişiyəm, özü də

səndən qat-qat ağıllı və zirək kişi!

Прочитано 8192 раз