Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Суббота, 19 Ноябрь 2011 22:47

İsmayıl İmanzadə

İSMAYIL İMANZADƏ

ÇƏPİŞ

Ay çəpiş,dəcəl çəpiş

Qaç yanıma gəl çəriş.

Çöldə qardı,şaxtadı

Hələ yaz uzaqdadı.

Keç evimizdə qızın,

Qoy uzansın buynuzun.

De, ot verim,su verim?

Əl-üzünü yu ,verim.

Aynabənddə durma ha,

Güzgümüzü qırma ha…

Qulağından gəl çəkim,

Bir az mələ əl çəkim.

 

ÇOBAN

Çobanın tütəyi var,

Sürüsü,köpəyi var.

Siz deyin,ay uşaqlar,

Onun ayrı nəyi var?

- Yapıncısı,çomağı…

- Kəhər atı,papağı.

- Örüş yeri,dəyəsi…

Düz tapdınız,deməli

Çobandır allı - güllü

Yaylaqların yiyəsi.

 

 

 

DAŞ

Nərdivandı,sütundu -

Qaladı,səngərdi daş.

Düşmənin qarşısında

Qaya şəklinə düşən

Bir igid əsgərdi daş.

Dağ -dağa söykənəndə

Sərhədd keçilməz olur.

Vətən kimi,yurd kimi

Daş da kiçilməz olur.

 

 

 

 

 

GERBİM, HİMNİM, BAYRAĞIM

Sərvətimdi,varımdı

Yenilməz vüqarımdı.

Andım,iftixarımdı -

Gerbim,himnim,bayrağım.

Sinəmdəki bu həvəs,

Şəhid qanına əvəz.

Aləmə salıbdı səs -

Gerbim,himnim,bayrağım.

Ana Kürdü,Arazdı

Vəsf eləsəm də azdı.

Çiçək ətirli yazdı,

Gerbim,himnim,bayrağım.

Varlığımdır,səddimdir

Basılmaz sərhəddimdir.

Səsim,imzam,xəttimdir -

Gerbim,himnim,bayrağım.

Kərəzdi,Savalandı

Ürəyimdəki qandı.

Anam Azərbaycandı -

Gerbim,himnim,bayrağım.

 

BİZİM ARX

Bu arxla gör necə də

Şırıl - şırıl su gəlir.

Bu arxdan yarpız ətri,

Çiçək qoxusu gəlir.

Başı qarlı dağların

İşıltısıdır bu dağ.

Mürgülü qönçələrin

Mışıltısıdır bu dağ.

Yaz gələndə budaqda

Zərif yarpaq bitirir.

Yamyaşıl tarlalara

Təzə nəfəs gətirir.

Dumduru sularıyla

Süfrələrə dad verir.

Bağ - baxçaya dirilik,

Torpağa həyat verir.

 

 

 

 

 

MİNGƏÇEVİR

Sən mənim ən sevimli,

Ən əziz şəhərimsən.

Aylı-ulduzlu gecəm,

Günəşli səhərimsən.

Böyüyüb boy atmısan

Bozdağın qucağında.

Yurdumun nəfəsi var

Odunda,ocağında.

İşığın tükənməyən

Ən böyük sərvətindir.

Ana Kür sinəndəki

Ülvi məhəbbətindir.

Gözəllik məskənisən,

Bir aləmdir dənizin.

Yaxın - uzaq ellərdə

Gəzir söhbətin,sözün.

Əzizləyir adını

Ulu Kərəzim,Dirim.

Nur timsallı nağılsan,

Gözəl Mingəçevirim.

 

LÖVHƏ

Şimşək çaxdı,elə bil

Göylər alışdı yandı.

Sal qayalar titrədi,

Buludlar çalxalandı.

İslandı bircə anda

Çəmən-çiçək,dağ-dərə.

Gölləndikcə damlalar,

Səs düşdü gədiklərə.

Anlar ötdü… yer üzü

Boyananda təzədən

Günəşin işığına,

Döndü ana təbiət

Əlvan göy qurşağına.

KƏPƏNƏK

Uzaqdan boylananda

Elə bildim çiçəkdi.

Bir az yaxına gəlib,

Gördüm ki,kəpənəkdi.

İstədim tutam onu,

Uçub getdi uzağa.

Qaldım şehli çəməndə

Dalınca baxa - baxa.

Zərif qanadlarında

Əlvan xalları vardı.

Elə bil ki. məni də

Özü ilə apardı.

GİCİRTKƏN

Bitir çay qırağında,

Bağda,yaşıl talada.

Yüz dərdin dərmanıdır,

Düşür hər zaman yada.

Balaca yarpaqları,

Nəmnazik gövdəsi var.

Ancaq nə «boy-buxunu»,

Nə də ki,kölgəsi var.

Günəşin şüasına

Nişan verməz yerini.

Toxunanda dalayır

Adamın əllərini…

AZƏRBAYCAN BAYRAĞI

Savalandı,Kəpəzdi

Şöhrəti eldə gəzdi.

Dağ kimi yenilməzdi -

Azərbaycan bayrağı.

Üç rəngi üç yozumda,

Dil açıbdı yazımda.

Dalğalanır arzumda -

Azərbaycan bayrağı.

Ay - ulduzu tamaşa,

Vətənimlə baş - başa.

Səs salıb dağa - daşa -

Azərbaysan bayrağı.

Keçib oddan,alovdan

Köksünə çilənib qan.

Başım üstədir hər an -

Azərbaycan bayrağı.

Haqqın dönməz yoludur,

Müqəddəsdir,uludur.

Azadlıq simvoludur -

Azərbaycan bayrağı.

GÜNƏBAXAN

Sinəsi qapqaradır,

Ləçəkləri sapsarı.

Ovuc-ovuc tumu var,

Nə buğdadır,nə darı.

Dan yeri qızaranda

Al şəfəqə boyanır.

Elə bil ki,günəşlə

Bir yatıb,bir oyanır.

 

 

 

GÜNƏŞ

 

Doğulur dan yerindən,

 

Göy üzünü dolaşıb

 

Axşamlar batır günəş.

 

Gecələr sübhə kimi

 

Üfüqdə mürgüləyir,

 

Dincəlib yatır günəş.

 

ULDUZLAR

Ulduzlar gecə vaxtı

Göz açır göy üzündə

Körpə tumurcuq kimi.

Kim asıbdı onları

Görəsən asimandan,

Bir topa muncuq kimi?

 

 

 

 

 

Прочитано 19959 раз