Суббота, 19 Ноябрь 2011 22:44
Mobil Quluzadə
MOBİL QULUZADƏ
(1936)
ƏTİR Bir gün ətir şüşəsini Almaz açdı, Onu görüb, ətir qaçdı. Qoşularaq küləklərə, Gedib qondu çiçəklərə. Çox axtardı Almaz onu, Bilmədi ki, açıq qoymaq Olmaz onu, Dedi nənə, daha sənə Söyləmərəm ətir gətir. - Niyə qızım? - Uşaqlah görən kimi Qaçır ətir. |
BALACASEVƏR Bir gün çıxdı otaqdan Bizim balaca Sevər. İstədi ki, böyürtkən Yığıb qayıtsın evə. Tikanlar ətəyindən Tutub saxladı yolda. Gözlədilər gəlmədi, İlişib qaldı kolda.
|
TÜNZALƏNİN QOĞALI Tünzalə qoğai verib Elşada, saxia, - dedi. Tünzalə qayıdmca Elşad qoğalı yedi
. |
Опубликовано в
Çağdaş poeziya