Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Суббота, 19 Ноябрь 2011 22:43

Fikrət Sadıq

FİKRƏT SADIQ
(
Sadıqov Fikrət Abbas oğlu)

(1930)

fikret-sadiqŞair, publisist, ssenari müəllifi, kino redaktoru Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet Ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961-1975). Hazırda Azərbaycan Yazıçılar İttifaqında poeziya üzrə məsləhətçi işləyir (1975-ci ildən). Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).

Azərbaycan yazıçılarının VII-VIII qurultaylarında Azərbaycan Yazıçıları İttifaqı təftiş komissiyasının sədri, IX qurultayında idarə heyətinin üzvü, qəbul komissiyasının və Şirvan filialının sədri seçilmişdir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Əməkdə igidliyə görə" medalı ilə (1986) təltif olunmuşdur.

 

AYDAN

 

Aydan dedi:

Mən Aydanam

Məni Aydan

Alıb anam.

Mən baxanda

Ay top olur.

Dolu olur.

Yumru olur.

Baxmayanda

Ay saralır,

Para olur,

Yarı olur .

Hamı ona

İnandı;

Aydan,axı

Aydandı.

ALMA HARDA BİTİR?

 

İki qardaş,bir bacı:

Faiq,Çingiz və Sona.

Mübahisə etdilər

Alma yeyəndən sonra.

Faiq dedi ki:-Alma

Ağacdan dərilibdir.

Çingiz dedi:-Anamın

Zənbilindən gəlibdir.

Kiçikdir hələ Sona

Di gəl,onu inandır.

Qardaşlar nə dedisə

Sona dedi:-Yalandır!

Almanı mən həmişə

Süfrəmizdə görmüşəm.

 

 

ƏLİFBA DƏRSİNDƏ

Baş açmıram bu işdən

Çaşıb qalmışam düzü.

Anama oxşayır lap,

Yazdığım “ana” sözü.

Bu bir “a”,bu da bir “a”

Anamın iki gözü.

İki “a” arasında

“N” da anamın üzü.

 

 

 

 

 

 

 

 

 

DƏCƏL KÜLƏK

 

-Açım qapını, ana !

Yaman tövşüyür külək,

Bəlkə yorulub yazıq,

Bəlkə üşüyür külək?

-Açım qapını ,ana !

Bəlkə qorxaqdır külək

Gör necə də ağlayır

Sanki, uşaqdır külək !

Qapını tıqqıldadır

Külək burda yalandan.

Hamımızı aldadıb

Güllə kimi o yandan

Pəncərəni sındırıb

Evə təpir özünü

Uşağın dodağından

Qapır “ana” sözünü.

 

RİYAZİYYAT DƏRSİNDƏ

 

-Uşaqlar,bu çevrəni

Bütün vətərləriylə

Kim köçürər lövhəyə

Elə-beləcə düzgün?

-Müəllim,

Mən deyim.

-De!

-Güzgü!

 

 

 

 

 

 

 

 

 

GİLƏ

 

Qəşəng qızam-adım Gilə.

Qonaq getdim dayımgilə.

Yagış yağdı gilə-gilə.

Ayaqqabım batdı gilə.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AY

 

Ay ana,Aya bir bax!

Keşlədə idi bayaq.

Avtobusa minmədi,

Metroda görünmədi,

Biz gəldik,o da gəldi;

Amma piyada gəldi,

Özü də bizdən qabaq.

Ay,ana Aya bir bax!

Fırlanıram fırlanır,

Dayanıram dayanır,

Gedirəm,gedir o da,

Yaman dəcəldir o daş

Yaxın düşmür oynayaq.

Ay,ana ona bir bax!

Küşəmizə gedir Ay,

Yoxsa bizə gedir Ay?!

Aya bax,irəlidə,

Qalxdı pillələri də.

Astanamıza çatdı,

Birdən nə oldu batdı?

Yoxa çıxdı Ay,ana,

Axı,çıxdı Ay,ana?!

Hara qaçdı bilmədim.

Niyə bizə gəlmədi?

 KÖRPƏ

Vüqar hələ

Lap körpədir.

Nə bilsin ki,

Qardaş nədir.

İlqar evdə

Darıxır tək,

Deyir:-Qardaş,

Dur bir gəzək.

…Vüqar durmur.

İlqar hərdən

Evcik qurur...

Deyir:-Qardaş,

Gəl sən də qur.

…Vüqar qurmur.

İlqar səhər

Yeyir sıyıq.

Deyir:-Qardaş,

Ye bir qaşıq.

…Vüqar yemir.

Vüqar hələ

Lap körpədir.

Nə bilsin ki,

Qardaş nədir...

 

ÇANAQLI BAĞA İLƏ QURBAĞA

 

Bir çanaqlı

Çağa bağa

Girdi bağa,

Oynamağa.

Bir qurbağa

Onu görüb

Qoydu lağa:

-Buna bax,a!

Buna bax,a!

Əynindəki

Qına bax,a!

Yaman qorxdu,

Çana bağa.

Elə qaldı

Baxa-baxa.

Sonra dedi:

-Sən də bağa,

Mən də bağa.

Təkcə “qur” un

Artıqdı,ha!

Çox döşünə

Döymə, qağa!

Quruldama

Lovğa-lovğa.

Прочитано 16925 раз