Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 25 Май 2012 15:42

Janr: Tarixi, Dram, Müharibə, Döyüş ..
Ölkə: Azərbaycan

Rejissor: Eldar Quliyev

Ssenari: Ənvər Məmmədxanlı
Operator: Rasim İsmayılov
Rəssam: Mayis Ağabəyov
Bəstəkar: Polad Bülbüloğlu
Səs operatoru: Akif Nuriyev
Montaj edən: Tamara Nərimanbəyova

Rollarda: Rasim Balayev (Babək), Həsənağa Turabov (Afşin), Amaliya Pənahova (Zərnisə), Tamara Yandiyeva (Pərvin), Şahmar Ələkbərov (Cavidan), Məmməd Verdiyev (Buğday), Hamid Azayev (Əzrək), Ənvər Həsənov (Tərxan), Hamlet Xanızadə (Xəlifə Mötəsim), Hacımurad Yegizarov (Xəlifə Məmun), Səməndər Rzayev (İbn Bəis), Hacı Xəlilov (İbn Boyat), Ramiz Məlikov (Səhl ibn Sumbat), Eldəniz Rəsulov (Azin), Muxtar Maniyev (İbn Muaz), Əliabbas Qədirov (Fəzl), Bahadur Əliyev (Divdad), Yaşar Məmmədov (Əbu İmran), Gündüz Abbasov (Pərvinin atası) və başqaları .. 

Büdcə: 1.650.000 rubl

Qısaca məlumat: Film Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Burada qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır.

Maraqlı məlumat: Filmə quruluş vermək öncə kinorejissor Həsən Seyidbəyliyə həvalə edildi. Lakin burada iki ziddiyyətli variant görünür: 1)Böyük həvəslə tarixi bir əsərə quruluş verməyə hazırlaşan rejissor fotoproblardan, kinoproblardan, sınaq çəkilişlərindən sonra dərhal rol bölgüsü aparmağa başlayır. Bədii Şuranın təsdiqindən sonra filmin çəkilişi ərəfəsində məlum olmayan səbəblərlə bağlı Həsən Seyidbəyli sənət həyatında ilk dəfə olaraq qadağa ilə üzləşir. Qadağa isə ondan ibarət idi ki, "Babək" filminin çəkiliş prosesi ondan alınaraq kinorejissor Eldar Quliyevə tapşırılırdı…. 
Filmin çəkilişi ərəfəsində Həsən Seyidbəyli səhhəti ilə bağlı xəstəxana şəratində müalicə olunurmuş. Müalicə müddəti uzandıqca sağalacağına gümanı azalan Seyidbəyli, gözlənilmədən fikrini dəyişmiş və filmin quruluşçu rejissor işindən könüllü olaraq imtina etmişdir. 1980-ci ilin yayında isə o, dünyasını dəyişir…

Naxçıvanda gedən çəkilişlər üzüm yığımı vaxtına təsadüf edirdi. Belə bir vaxtda filmin kütləvi səhnələrində çəkilmək üçün aktyor gücü azlıq etdiyi üçün yerli əhali də çəkilişdə iştirak etməli idi. Bunun üçün isə Naxçıvan rəhbərliyinin yardımı vacib idi. Ancaq rəhbərlik üzüm yığımı ilə əlaqədar camaatı tam səfərbər edə bilmirdi. Belə bir məqamda Mərkəzi Komitənin 1-ci katibi Heydər Əliyev işə qarışır. O, Naxçıvan rəhbərliyinə tapşırıq verir ki, "Babək" filmi üçün lazım olan bütün şərait yaradılsın, hətta "eybi yox, Naxçıvan bu il üzümü az yığsa da olar" deməyi də unutmur. (Babək: Milli kinonun monumental filmi, Ekspress qəzeti, 03.07.2003, Ulduzə Qaraqızı).

Filmin Bəzz qalası çəkilişləri Naxçıvanla Culfa arasında olan məkanda çəkildi. Filmdə görünən o möhtəşəm Bəzz qalası taxtadan yaradıldı.

Çəkiliş vaxtı yalnız Azərbaycanda deyil, Gürcüstanda, Daşkənddə, Moskvada 16 fabrik film üçün 1500 dəstdən artıq paltar tikdi. Zavodların əksəriyyəti yaradıcı qrupa təmənnasız olaraq qılınc, qalxan və digər lazım olan silahları hazırlayaraq bağışlayırdı. Çəkilişlər Naxçıvanda gedirdi. Beş mindən artıq adam çəkilişlərdə iştirak edirdi. Moskvadan "Mosfilm"in "Kavaler polku"ndan 170 atlı gətirmişdilər.
Film 1-ci kateqoriya aldı.

"Babək"in bir il ərzində 35 milyon tamaşaçısı olub. Film 60-a yaxın ölkə tərəfindən alınıb.

Filmə Rusiya 650 min rubl, Azərbaycan isə 1 milyon rubl ayırmışdır.

Прочитано 4474 раз Последнее изменение Пятница, 11 Апрель 2014 16:58