Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« October 2020 »
Mon Tue Wed Thu Fri Sat Sun
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Ushaq ve_GenclerinƏmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardın iştirakı ilə Bakının Sabunçu rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasında Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi, Uşaq Hüquqları Klinikası və “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin açılışı olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, F. Ələkbərov bildirib ki, nazirlik sosial müdafiə, sosial xidmətlər sisteminin qurulmasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir. O deyib ki, nazirlik sosial xidmətlər sahəsində prioritetləri müəyyən etsə də, bu sahədə ixtisaslaşmış QHT-lərdən təkliflər gözləyir.

zoopark

Bakı Zooparkında ilk dəfə olaraq Emu dəvəquşusu balalayıb. Bu barədə APA-ya Bakı Zooparkının direktoru Azər Hüseynov bildirib. Onun sözlərinə görə, Avstraliya emusundan 2 baş bala alınıb. A. Hüseynov Zooparkdakı digər heyvan və quşların da nəsil artırdığını deyib. 

Xarici ölkələrin zooloji parkları ilə Bakı Zooparkı arasında həyata keçiriləcək mübadilələr barədə məlumat verən A. Hüseynov bildirib ki, bu yaxınlarda heyvanat bağına ilk dəfə olaraq alpako gətiriləcək. Onun sözlərinə görə, zooparka ağ kenquru və müxtəlif quşların gətirilməsi də planlaşdırılır: “Ağ kenquru Çexiya zooparkından gətiriləcək. Bu növ kenquruya hər zooparkda rast gəlinmir. Bu bizim heyvanat bağına gələn uşaqlar üçün çox maraqlı olacaq”. Zoopark direktoru Bakı Zooparkından isə xaricdəki zooparklara Sultan toyuğu, leş yeyən qartal, ağbaş çərkəz və digər heyvan və quşların veriləcəyini deyib.

Distant tehsilBakı. Sevil Zeynalqızı - APA. Bakıdakı 20 saylı məktəb-liseydə Distant Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. İKT İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, mərasimdə təhsil naziri Misir Mərdanov və təhsil sektorunun müxtəlif nümayəndələri iştirak edib. Məlumatda bildirilir ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən “Elektron Təlimləndirən Sistemlər” layihəsinin əsas komponentlərindən biri olan Distant Təhsil Mərkəzi xüsusi qayğıya ehtiyacı olan şagirdlərin distant tədris metodları vasitəsilə orta təhsilini təmin edir. Tədbir çərçivəsində www.mesafedenmekteb.edu.az internet portalının da təqdimatı keçirilib. 

24.05.2012Bakıda 57-ci “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal mərhələsi keçirilib.  APA-nınxəbərinə görə, şoununkeçirildiyi «BakuCrystalHall» tamaşaçı ilə doluolub. İlk olaraq səhnəyə üç aparıcı Leyla, Eldar və Nərgiz çıxıb. Yarışma dünyanın 46 ölkəsində canlı yayımlanıb. İkinci yarımfinaldan finala Litva, Bosniya və Herseqovina, Serbiya, Ukrayna, İsveç, Makedoniya, Norveç, Estoniya, Malta və Türkiyə vəsiqə qazanıb.

Qeyd edək ki, mayın 22-də keçirilmiş I yarımfinalda Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya finala vəsiqə qazanıb.

 

321Şamaxıda azyaşlı məktəblilərin rəsm sərgisi keçirilib. APA-nınyerlibürosununxəbərinə görə, 28 MayRespublikaGününə həsrolunmuş sərgiyə Nəsimiadına İncəsənətməktəbininvə Şamaxı Təhsil şöbəsininməktəblilərlə birgə hazırladıqları rəsmvə əlişləri çıxarılıb. RayonMədəniyyətMərkəzində təşkilolunmuş sərgiyə 50 uşağın 200-dən çoxrəsmvə əlişi çıxarılıbki, bunlarındabəziləriRespublikarəsmyarışındabirinciyeritutub. Sərgi 3 gün davam edib və sərgiyə tamaşa edən insanların böyük marağına səbəb olub. Tədbir sonunda qalib olmuş azyaşlı rəssamlar diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Sonda incəsənət məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

22.05.2012«Baku Crystal Hall» səhnəsində Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision 2012» mahnı müsabiqəsinin I yarımfinal mərhələsindən finala vəsiqə qazanan 10 ölkə məlum olub. APA-nın məlumatına görə, 18 ölkə arasından – Rumıniya, Moldova, İslandiya, Macarıstan, Danimarka, Albaniya, Kipr, Yunanıstan, Rusiya və İrlandiya finala vəsiqə qazanıb.

Səsvermə zamanı interval aktı şousu da nümayiş etdirilib. Qədim Azərbaycan musiqi mədəniyyətini simvolizə edən Qavaldaşı “Eurovision” səhnəsinə çıxarılıb. Bu möhtəşəm şounu həm zaldan, həm də televiziya ekranlarından izləyən milyonlarla tamaşaçı Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin şahidi olublar. İnterval şousunda Avropaya Azərbaycanın milli musiqi alətləri tar, balaban, nağaranın canlı ifası təqdim olunur.Qədim Qavaldaşında «Natiq» Ritm Qrupunun bədii rəhbəri Natiq Şirinov ifa edib. Bu şouda Azərbaycan Dövlət Rəqs Ansamblının, eyni zamanda «Natiq» Ritm Qrupunun ifası yaddaqalan olub. Artıq «Baku Crystal Hall»ında yarımfinalı uğurla başa çatıb.

93 -dən səhifə 107