Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Abbasquluaga Bakixanov

Abbasqulu ağa Bakıxanov (1794-1847)

 

XIX əsr Azərbaycan mədəniyyəti və ictimai fıkrinin inkişafında Abbasqıılu ağa Bakıxanovun müstəsna xidmətləri olmuşdur. Bakı xanlarının nəslindən olan Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığındakı Əmircan (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış və ilk təhsilini də burada almışdır. Sonralar atasının Qubada Əmsar kəndindəki malikanəsinə köçmüş və orada yaşamışdır. 

Təhsilini Qubada, mədrəsədə davam eldirən Abbasqulu ağa ərəb və fars dillərini mükəmməl öyrənmiş, klassik Şərq ədəbiyyatı, xüsusən Firdovsi, Xəyyam, Xaqani, Nizami, Sə¬di, Rumi və Hafız kimi sənətkarların əsərləri ilə tanış olmuşdur.

Onun «Qüdsi» təxəllüsü ilə yaratdığı bir sıra lirik şerlər, poemalar, mənzum hekayələr və təmsilləri («Hind əfsanəsi», «Hik-mətin fəziləti», «Qarı və Нагип», «Uşaq və günəş», «Ümidin boşa çıxması» və s.) yeniyetmələrin estetik tərbiyəsində mühüm rol oynamışdır.

A.Bakıxanov «Uşaq və günəş» şerində uşağın mənəvi aləmində baş verən psixoloji dəyişiklikdən bəhs edir. Uşaq təsəvvüründə ev əzəmətli saray, çırağın şöləsi sehrli işıq mənbəyidir. Lakin о, günəşi gördükcə, çıraqla günəşin fərqini dərk etdikcə təsəvvür dairəsi genişlənir, həyat və təbiət anlayışı dəyişir və daxili dünyası get-gedə zənginləşir.

A.Bakıxanov uşaqlara birinci növbədə öz ata-anasını sevməyi, onları heç vaxt incitməməyi, ailədə özündən böyüklərin sözünə baxmağı məsləhət görür. O, vəzifə və elmdə, yaxud yaşda üstün və böyük olanlara hörmət etməyi vacib bilir; çünki «Səndən də kiçiklər sənə hörmət edərlər».

Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə görkəmli tarixçi, şair və maarifçi Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn edilmişdir.