Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

TolstoyYazıçı, publisist, qraf Lev Nikolayeviç Tolstoy 1828-ci il avqustun 28-də Tulsk quberniyasının Yasnaya Polyana malikanəsində böyük zadəgan ailəsində anadan olmuşdur. Uşaqlıq xatirələri hər zaman Lev Nikolayeviçin tərcümeyi-halında ən ürəkaçan olub: ailə əfsanələri, zadəgan malikanəsinin həyatından ilk təəssüratlar onun əsərləri üçün zəngin material kimi “Uşaqlıq. Yeniyetməlik. Gənclik” avtobioqrafik hekayəsində öz əksini tapmışdır.

İlk təhsilini evdə alan Lev Tolstoy Kazan Universitetinin fəlsəfə, sonra isə hüquq fakültələrində oxuyur. Lakin o, çox keçmədən ali təhsilini yarımçıq buraxıb malikanəyə qayıdır.

Yazıçının yaradıcılığı Qafqazda keçdiyi hərbi xidmət zamanı daha da inkişaf edir. Sevastopolun müdafiəsindən sonra o, Avropanı səyahət edir. Tolstoyun tərcümeyi-halından məlum olur ki, o, bir neçə məktəb açıb uşaqları xüsusi metodikası ilə öyrədirmiş. Yazıçının “Müharibə və sülh” və “Anna Karenina” kimi dünyaşöhrətli əsərləri məhz bu vaxt kəsiyində yaradılmışdır.

Həyatı boyu yoxsullara kömək etməyə çalışan Lev Tolstoy müxtəlif üsullarla ədalətsizliklə mübarizə aparırmış. Ömrünün sonunda öz istəyilə sərvətindən imtina edən və 1910-cu ilin payızında ailəsindən gizlicə Yasnaya Polyananı tərk edən 82 yaşlı yazıçı yolda xəstələnir. Astapovo kiçik dəmiryol stansiyasında qatardan düşmək məcburiyyətində qalan Lev Tolstoy ömrünün son yeddi gününü stansiya rəisinin evində keçirmişdir. Artıq həmin vaxtda dünyada təkcə yazıcı kimi yox, həm də dini mütəfəkkir kimi tanınan yazıçının səhhəti ilə bağlı məlumatları bütün Rusiya izləyirdi. Lev Tolstoyun Yasnaya Polyanadakı dəfn mərasimi isə Ümumrusiya miqyasında bir hadisəyə çevrilmişdir.