Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« December 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 


Sharl PerroXVII-ci əsrin şairi, Fransa Adademiyasının akademiki və bir sıra elmi əsərlərin müəllifi Şarl Perronu dünyaya tanıdan heç də onun ciddi əsərləri yox, “Çəkməli pişik”, “Göy saqqal”, “Küllü qız”, “Sehrbaz qadın”, “Yatmış gözəl” kimi nağılları olmuşdur.

12 yanvar 1628-ci il tarixində dünyaya göz açan Şarl qayğıkeş valideynlərin səyi nəticəsində artıq 8 yaşında kollecdə təhsil alırdı. Nə Şarl, nə də onun qardaşları bir dəfə də olsun cəzalandırılmamış və kolleci əlaçı kimi bitirmişdilər.

Kollecdən sonra Şarl 3 il ərzində hüquq elmlərinə yiyələnmiş və nəticədə hüquqşünas diplomu almışdır. 23 yaşında Parisdə advokat kimi karyerasına başlayan Şarl eyni vaxtda ədəbiyyata ciddi maraq göstərməyə başlayır və onun ədəbi fəaliyyəti kübar cəmiyyətdə nagıllara olan marağın artması dövrünə təsadüf edir. Bəziləri fəlsəfi nağıllar, əksəriyyət isə uşaqlıqda nənə və dayələrindən eşitdikləri folklora üstünlük verirdilər. Həmin tələbatları təmin etməyə çalışan ədəbiyyatçılar uşaqlıqdan tanıdaqları süjetlərin üzərində işləyərək nağıllar yazmağa başlayır və şifahi nağıl ənənəsi artıq nağıl məcmuələri ilə əvəz olunur.

Şarl Perronun danılmaz xidməti xalq nağıllarından bir neçə əhvalatı seçib yaşadığı dövr üçün səciyyəvi olan üslubla yazmasındadır. İlk vaxtlarda Perro nağıllara olan marağının müəyyən dairələrdə ciddi ədəbiyyatçı nüfuzuna xələl gətirəcəyindən ehtiyat edib onları oğlunun adı ilə dərc etdirirmişdir. 1695-ci ildə yazıçının şeyr nağıllarından ibarət məcmuəsi işıq üzü görür.

Qeyd edək ki, Şarl Perro dünya uşaq ədəbiyyatı və ədəbi pedaqogikanın banisi hesab olunur.