Tofiq Quliyev (1917-2000)
Bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il, noyabrın 7-də Bakıda anadan olmuşdur. O, 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə,1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib.
XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. Nəvəsi Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.