Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 22 Октябрь 2013 13:47

Yeni uşaq mahnılarının seçimi başladı

22.10.13"ELS" Müstəqil Araşdırmalar Mərkəzi layihənin ikinci mərhələsini təqdim etdi

Oktyabrın 22-də Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin prezentasiyası keçirilib.

 

 

 

FOTOQALEREYA

Понедельник, 15 Июль 2013 10:41

DİQQƏT! DİQQƏT!

ELS Müstəqil Araşdırmalar Mərkəzi
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika müsabiqəsini
elan edir.


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan mahnılar uşaqların
gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri
əhatə etməlidir.

Təqdim olunan mahnılar müsabiqəyə qədər heç yerdə səslənməməlidir!

Mahnı not, audio yazı və yaxud canlı ifa şəklində təqdim oluna bilər.

Müsabiqənin qaliblərinin mükafatlandırlıması nəzərdə tutulmuşdur.

Qalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək.

Mahnılar 2013-cü ilin 30 sentyabr tarixinə qədər
müsabiqənin təşkilat komitəsinə təqdim olunmalıdır.

Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır.

Əziz dostlar!

Övladlarımızın fiziki, əqli və mənəvi cəhətdən
inkişaf etməsini və layiqli vətəndaş kimi formalaşmasını istəyirsinizsə
müsabiqədə iştirak edin!

r-17İyulun 2-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iyunun 1-dən həyata keçirilən layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatını keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edirdi.

Uşaq mahnılarının gənc nəslin vətəndaş şüuru, dünyagörüşü, əxlaqi normalar və saf təfəkkürə malik olan cəmiyyət üzvü kimi formalaşması üçün mühüm olduğunu vurğulayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova 3 ildən artıqdır ki gənc nəslin maarifləndirilməsi və problemlərinin araşdırılması istiqamətində keçirilən layihələr haqqında məlumat verdi. Onun sözlərinə görə 2011-ci ilin yanvar ayında ölkə üzrə aparılan rəy sorğusunun nəticələrindən məlum olmuşdur ki, uşaqların tərbiyyələndirilməsində və formalaşmasında zərurət təşkil edən uşaq mahnıları sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil.

detki“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 02 iyul 2013-cü il tarixində saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində (ünvan: Mətbuat prospekti, 23) “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatının keçirilməsini planlaşdırır. Azərbaycanın tarixində ilk dəfə keçiriləcək Müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində reallaşdırılır. 

Понедельник, 10 Июнь 2013 06:10

ELS yeni layihənin təqdimatını keçirtdi

1-DSC08978İyunun 7-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə cari ilin iyunun 1-dənhəyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinin təqdimatını keçirmişdir.

Tədbiri açan layihənin rəhbəri İradə Yaqubova mövcud milli uşaq mahnıları bazasından hazırda səmərəli istifadə edilməməsi, onların səsləndirilməməsi və təbliğ olunmadığı nəticəsində bu boşluğun böyüklər üçün yazılmış mahnılarla doldurulması ilə nəticələnməsi, uşaqlar üçün mahnıların yazılmasının gəlirli olmaması səbəbindən bəstəkarların bu sahəyə, yəni yeni mahnıların və ya köhnə mahnıların müasir aranjmanda yazılmasına həvəsləri xeyli azalmasını qeyd etmişdir.

Суббота, 01 Июнь 2013 11:56

ELS yeni layihəyə start verdi

ELS1 iyun 2013-cü il tarixindən “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinə başlayır. Layihə çərçivəsində uşaq mahnılarının bəstələnməsi müsabiqəsinin keçirilməsi planlaşdırılır. Məqsəd yetişən nəslin mədəni və mənəvi cəhətdən hərtərəfli inkişaf etmiş, yüksək vətəndaş şüurlu cəmiyyət üzvü kimi formalaşmasında önəmli rol oynayan uşaq mahnılarının yazılmasına müasir bəstəkarların marağını oyatmaq, gənc bəstəkarları cəlb etmək, müasir dövrə həmahəng və bu günkü uşaqlara maraqlı olan uşaq mahnılarının yaradılmasına təkan verməkdir.