admin2
Начался отбор новых детских песен
Независимый Исследовательский Центр презентовал второй этап проекта
22 октября в студии звукозаписи Бакинской Музыкальной Академии состоялась презентация Общереспубликанского конкурса "Детские песни - 2013" в рамках проекта, стартовавшего 1 июня 2013 года при финансовом содействии Совета Государственной поддержке НПО при Президенте АР
DİNLƏYİN!
Yeni uşaq mahnıları-2013
Əziz dostlar! “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyinin “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi ötən il dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gerçəkləşən Yekun konsertlə başa çatdı.
“Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin 10 qalib mahnısı, həmçinin “Laylalar” və “Gənc nəsil” nominasiyaları üzrə “Ana laylası” və “Gözəl Bakı” kimi qalib mahnıları burada dinləyə bilərsiniz. DİNLƏYİN!
“Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti
Dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində start verdiyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti keçirildi.
Səslər hesablandı, qalib mahnılar müəyyənləşdi...
Noyabrın 5-də “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin münsiflər heyətinin Bakı Musiqi Akademiyasının səsyazma studiyasında üç həftə davam edən gərgin fəaliyyəti başa çatdı. Səslər hesablandı, qalib mahnılar müəyyənləşdi. Qalib mahnıların adları “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun qala-konsertində açıqlanacaq.
Yeni uşaq mahnılarının seçimi başa çatdı
Noyabrın 1-də yeni uşaq mahnılarının seçimi başa çatıb. “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin münsiflər heyəti gizli səsvermə ilə qalib mahnıları müəyyənləşdiriblər.
Yeni uşaq mahnılarının ikinci seçim turu başa çatdı
Oktyabrın 29-da “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin ikinci seçim turu başa çatıb. Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin münsiflər heyəti 73 mahnıdan ikinci tura keçən 37 mahnını yenidən dinləyib və müzakirələrdən sonra növbəti mərhələyə 24 mahnını keçirib. Noyabrın 1-də keçiriləcək növbəti mərhələdə gizli səsvermə nəticəsində finala yalnız 10 mahnının çıxacağı nəzərdə tutulub.
Yeni uşaq mahnılarının birinci seçim turu başa çatdı
Oktyabrın 25-də “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin birinci seçim turu başa çatıb. Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi layihə çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinə 19 müəllifin təqdim etdiyi 73 mahnıdan 37-i ikinci tura keçib.
Yeni uşaq mahnılarının seçimi başladı
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi layihənin ikinci mərhələsini təqdim etdi
Oktyabrın 22-də Bakı Musiqi Akademiyasının səsyazma studiyasında “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2013-cü il iyunun 1-dən həyata keçirdiyi “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin prezentasiyası keçirilib.
DİQQƏT! DİQQƏT!
ELS Müstəqil Araşdırmalar Mərkəzi
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika müsabiqəsini
elan edir.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər.
Müsabiqəyə təqdim olunan mahnılar uşaqların
gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri
əhatə etməlidir.
Təqdim olunan mahnılar müsabiqəyə qədər heç yerdə səslənməməlidir!
Mahnı not, audio yazı və yaxud canlı ifa şəklində təqdim oluna bilər.
Müsabiqənin qaliblərinin mükafatlandırlıması nəzərdə tutulmuşdur.
Qalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək.
Mahnılar 2013-cü ilin 30 sentyabr tarixinə qədər
müsabiqənin təşkilat komitəsinə təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır.
Əziz dostlar!
Övladlarımızın fiziki, əqli və mənəvi cəhətdən
inkişaf etməsini və layiqli vətəndaş kimi formalaşmasını istəyirsinizsə
müsabiqədə iştirak edin!
“Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinə start verildi
İyulun 2-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə iyunun 1-dən həyata keçirilən layihə çərçivəsində “Yeni uşaq mahnıları – 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatını keçirdi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edirdi.
Uşaq mahnılarının gənc nəslin vətəndaş şüuru, dünyagörüşü, əxlaqi normalar və saf təfəkkürə malik olan cəmiyyət üzvü kimi formalaşması üçün mühüm olduğunu vurğulayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova 3 ildən artıqdır ki gənc nəslin maarifləndirilməsi və problemlərinin araşdırılması istiqamətində keçirilən layihələr haqqında məlumat verdi. Onun sözlərinə görə 2011-ci ilin yanvar ayında ölkə üzrə aparılan rəy sorğusunun nəticələrindən məlum olmuşdur ki, uşaqların tərbiyyələndirilməsində və formalaşmasında zərurət təşkil edən uşaq mahnıları sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil.