Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

ilyas-efendiyevNasir, dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. "Kulak" damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı. Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir. Ağır xəstələnərək "səksən yaşlı qocaya dönmüş" Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və başqaları idi.

Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərindən Aleksandr Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, Maksim Qorki kimi sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o cümlədən R.Amundsen, Nansen, Xristofor Kolumb, Ameriqo Vespuççi kimi adamların həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı.

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləmiş, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir.

Əfəndiyev orta məktəbi bitirdikdən sonra, ailə vəziyyətilə əlaqədar olaraq, təhsilində bir neçə il fasilə verməyə məcbur olur. Lakin ali təhsil almaq və Bakıya getmək arzusu onu tərk etmirdi. O. Qaryagin rayonunun Böyük Bəhmənli kəndində müəllim işlədikdən sonra Xalq Maarif Komissarlığı tərəfindən Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə tə‘yin olunur. Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Bakıya – Azərbaycan Dövlət Pedaqoji institutuna göndərilir. 1934-cü ildə APİ-nin ədəbiyyat şö‘bəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürmür; elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. İ.Əfəndiyev "kulak" balası olduğu üçün institutdan uzaqlaşdırılmış, lakin 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şö‘bəsini qurtarıb müəllimliyini davam etdirmişdir.

Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı hekayələrini götürüb Bakıya gələn İ.Əfəndiyev onları Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı Əbülhəsənə göstərir. Hekayələri oxuyan Əbülhəsən onları bəyənir və çapını məsləhət görür. Beləliklə də yazıçının "Kənddən məktublar" adlı ilk kitabı işıq üzü görür.

Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun yaradıcılığında mühüm rol oynamış Bakı ədəbi mühitinə qovuşur. Ev məsələsində isə ona Yazıçılar İttifaqının sədri Səməd Vurğun kömək edir, "Əski Şərq" mehmanxanasında bir otaq alır, yazıçı orada üç il yaşayır.

1960-cı ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adını almış İ.Əfəndiyevin yaradıcılığında 60-80-cı illər ən məhsuldar dövr hesab olunur. Bu illərdə onun yaradıcılığında janr rəngarəngliyi özünü göstərir, bir-birinin ardınca iri nəsr əsərləri, ciddi ictimai-siyasi problemlər qaldıran, gözəl mə‘nəvi keyfiyyətlər aşılayan, eyni zamanda müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi şöhrət qazanmış "Körpüsalanlar" /1960/, "Dağlar arxasında üç dost" /1963/, "Sarıköynəklə Valehin nağılı" /1976-78/, "Geriyə baxma, qoca" /1980/, "Üçatılan" /1981/ kimi povest və romanlarını dərc etdirir, eyni zamanda maraqlı dram əsərlərini qələmə alır, publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçir. Bu illərin məhsulu olan "Sən həmişə mənimləsən" /1964/ pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramanın əsasını qoyur.

Yazıçının uşaqlar üçün yazdığı "Ceyran ovu",  "Maraqlı hadisə", "Qoruqlarda", Yasəmən ağacı, "İz ilə", "Ovçunun nağılı", "Zəmidə bir turac səslənirdi" kimi hekayələri məktəb dərsliklərinə salınmışdır.

1940-cı ildən AYB-nın üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979) İlyas Əfəndiyev 96-cı ildə vəfat etmişdir.