Uşaqların ifasında “Şənlən, mənim xalqım” konserti təqdim olundu
Oqtay Zülfüqarovun 90 illik yubileyi qeyd edildi
Onun mahnıları ilə böyüdük, boy atdıq, o mahnılar dilimizin əzbərinə çevrildi. İndi isə həmin mahnılar övladlarımızın dillər əzbərinə çevrilib. Yazıçı, rejissor, uşaq mahnılarının bəstəkarı, bir sözlə, yaradıcı insan olan Oqtay Zülfüqarov 3 ildir ki, aramızda yoxdur. Ancaq onun yoxluğu o qədər sezilmir. Çünki özündən sonra bizlərə mahnılarını, yetirmələrini ərmağan qoyub.
“Şənlən, mənim xalqım!” adlı qala-konsert anşlaqla keçdi
Bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi qeyd olundu
İyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırmalar Mərkəzinin Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı təşkil etdiyi qala-konsert anşlaqla keçdi, musiqi və mədəniyyət bayramı hər kəsə unudulmaz musiqi və bol əyləncə yaşatmış oldu..
ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bəstəkar, rəssam, şair, heykəltəraş, yazıçı, müəllim, rejissor, bir sözlə, yaradıcı insan olan Oqtay Zülfüqarovun geniş və çoxşahəli fəaliyyətini qeyd etdi. Onun sözlərinə görə, ömrünü musiqiyə həsr edən bəstəkar gözəl, dolğun bir həyat yaşayıb, varlığı ilə ətrafa işıq, sevgi, mərhəmət saçıb.
Oqtay Zülfüqarovun anadan olmasının 90 illik yubileyi münasibətilə konsert keçirilib
“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı qala-konsert təşkil edib.
“Şənlən, mənim xalqım!” adlı qala-konsertə hazırlıq işləri başa çatdı
İyunun 3-də ELS Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət “Şənlən, mənim xalqım” adlı qala-konsertə hazırlıq işlərini başa çatdırıb.
Azərbaycan ictimaiyyəti Oqtay Zülfüqarovun xatirəsi andı
Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarovun (1929-2016) anadan olmasının 90 ili münasibətilə musiqi ictimaiyyəti nümayəndələri, bəstəkarın ailə üzvləri və yaxınları ikinci Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət edilər.
Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Oqtay Zülfüqarovun Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına mühüm töhfələr verdiyini deyib. Oqtay Zülfüqarov öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb. Ailəsi adından çıxış edən Əməkdar incəsənət xadimi, bəstəkar Cahangir Zülfüqarov atasının xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirib.
Layihəmiz Mədəniyyət TV-nin səhər efirində işıqlandırılıb
Bu gün bəstəkar Oqtay Zülfüqarovun Ad günüdür
Bu gün ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Mədəniyyət telekanalının “Səhərçağı” Musiqi-informasiya proqramının qonağı olub. Verilişdə bəstəkar Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsertdə ifa olunacaq bəzi mahnılar səsləndirilib.