"Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü" anıldı
Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi, təbliğat işinin gücləndirilməsi məqsədi ilə Bakı şəhər DYP İdarəsi və Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 46 saylı Məktəbdənkənar Tərbiyə Işi Mərkəzi birgə fəaliyyət planına uyğun olaraq 1991-ci ildən başlayaraq 21 noyabr Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününü qeyd edir. Tədbirin keçirilməsində məqsəd yol-qəza hadisələrində həlak olanların xatirəsini yad etməklə qəzalarda əlil olanlara maddi və mənəvi dəstək göstərmək, ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir.
Nərimanov və Suraxanı rayonlarındakı körpələr evi-uşaq bağçaları əsaslı təmir olunub
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 8-də Bakının Nərimanov və Suraxanı rayonlarında yerləşən körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatinda belə deyilir.
"Təbəssüm" Uşaq Musiqili Teatrı səfərə hazırlaşır
Beynəlxalq müsabiqələrin laureatı "Təbəssüm" Uşaq Musiqili Teatrı yeni bir layihəyə imza atıb. Kollektiv 30 may-16 iyun 2012-ci il tarixində Türkiyədə keçiriləcək 10-cu Beynəlxalq Türkcə Olimpiadasında iştirak edəcək. Qeyd edək ki, 130 ölkənin qatılacağı Olimpiadada bu il rəqs üzrə Azərbaycanı məhz "Təbəssüm" Usaq Musiqili Teatrı təmsil edəcək.
Hazırda Teatrda bu möhtəşəm bayrama hazırlıqlar gedir və uşaqlar Türkiyədən qələn müəllimlərdən rəqs dərsləri alırlar. Sözügedən məşğələlərdən görüntüləri təqdim edirik.
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Mənin rəngli dünyam” adlı rəsm sərgisi
2011-ci ilin dekabrın 15-də Abşeron rəsm qalereyasında Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” studiyasının 6 yaşlı üzvü Mələk Şəfiyevanın “Mənin rəngli dünyam” adlı fərdi sərgisi keçirilmişdir. Iki ildən çoxdur ki, dərnəkdə rəsm sənətinin sirlərini müəllimi Nərmin Abdullayevadan öyrənən Mələyin 60-a yaxın rəsm işi sərgidə nümayiş olunmuşdur. Tədbirdə uşaq və valideynlərlə yanaşı Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov və digər qonaqlar iştirak etmişdir.
Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Buta sarayında Yeni il şənliyi
2011-ci ilin dekabrın 28, 29, 30-da “Buta” sarayında uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Heydər Əliyev Fondunun təşkil etdiyi Yeni il şənliyində Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs kollektivi və “Çiçəyim” uşaq teatrının üzvləri çıxış etmişdir. “Milli rəqs” və “Bal rəqsləri” dərnəyinin üzvləri şux rəqsləri, teatr studiyasının gənc aktyorları isə maraqlı çıxışları ilə yaddaşlarda qalmışdır.
Gənc istedadların tamaşaçılara növbəti hədiyyəsi
Yanvarın 15-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyasının "Günay" Uşaq Teatrı Rəşid Behbudov adına Mahnı Teatrında iki hissədən ibarət böyük bayram konserti ilə cıxış etmişdir. Gənc istedadlar tamaşaçılara Qar Qız, Yeni il təbrikləri, mahnılar, "Günay" rəqs qrupunun debütu, şarlar və atəşfəşanlıq nümayış etdirmişlər.
Birinci hissədə tamaşaçılara tatar şairi Abdulla Tuqayın eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Şurale" tamaşası, ikinci hissədə isə Hofmanın "Şelkunçik" nağılı göstərilmişdir.