Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 11 Ноябрь 2011 16:26

“Uşaq İnternet Portalının yaradılması” layihəsinin təqdimatı keçirildi

001Oktyabrın 7-də “Caspian Plaza” Biznes mərkəzinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq İnternet Portalının yaradılması” layihəsinin ilkin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı, eləcə də aidiyyətli rəsmi qurumlar, görkəmli mədəniyyət və incəsənət xadimləri, uşaq yaradıcılıq kollektivlərinin təmsilçiləri, yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmiləri, habelə KİV təmsilçiləri iştirak edib.

FOTOQALEREYA

Təqdimat mərasimində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova çıxış edərək, layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHTrına Dövlət Dəstəyi Şurasının 2011-ci ildə keçirdiyi qrant müsabiqəsində qalib gəlib. Onun sözlərinə görə, cari ilin 15 sentyabr–15 dekabr tarixi ərzində reallaşacaq layihənin məqsədi Azərbaycanda uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanları müasir elektron texnologiyalar vasitəsi ilə dünya ictimaiyyətinə təqdim etməkdir: “Bu cür internet portalı Azərbaycanda ilk dəfə yaradılır. Portal sadəcə uşaqlar üçün əyləncə xarakterli olmayacaq. Portal uşaqlara dair olsa da əsasən böyüklər, xüsusən də valideynlər və peşəkarlara ünvanlanıb. Burada verilən hər hansı informasiya bizim körpələrimizin, yeniyetmələrimizin mədəni insan kimi formalaşmasına xidmət edəcək. Ona görə də biz portalda yerləşdirilən hər bir məlumat barədə tam həcmli informasiya vermək istəyirik. Misal üçün, əgər portalda hər hansı bir mahnı yerləşdirilibsə, onun səsləndirilməsi, yəni mp3 variantı, mahnının notları və mətni mütləq orada öz əksini tapacaq. Yaxud hər hansı rəqs barədə məlumat veriləcəksə, yenə də onun səsləndirilməsi, notları və rəqsin yaranma tarixi barədə məlumat yerləşdiriləcək. İnanırıq ki, bu portal orta məktəb müəllimlərinin də yaxın dostuna çevriləcək. Çünki musiqi fənninin tədrisi zamanı hər hansı xalq mahnısını uşaqlara öyrədən müəllim mütləq həmin sənət əsəri haqqında dolğun məlumata malik olmalıdır. Gələcəkdə portalda yaradıcı insanlarımız, o cümlədən şairlər, bəstəkarlar, ədəbiyyatçılar, rejissorrlar və sair barədə də ətraflı məlumat yerləşdirmək nəzərdə tutulub. Eyni zamanda biz bu portalda həm ölkə daxilində, həm xarici ölkələrdə uşaqların mədəni inkişafı üçün yaradılan şərait barədə də informasiyalar yerləşdirəcəyik. Bu səbəbdən ölkəmizdə fəaliyyətdə olan uşaq yaradıcılıq kollektivləri barəsində hərtərəfli informasiyanın portalda yerləşdirilməsi də nəzərdə tutulub. Bizim məqsədimiz cəmiyyət üzvlərini, xüsusən də valideynləri uşaqların mədəni inkişafı üçün lazımlı olan informasiyalarla təmin etməkdir. İstəyirik ki, valideynlər bu portalın köməyi ilə bizim mədəniyyətimiz, o cümlədən musiqimiz, rəqslərimiz, şeirlərimiz və sair barədə ətraflı məlumat alaraq uşaqlarını inkişaf etdirsinlər”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictima siyasi şöbəsinin baş məsləhətçisi Vüqar Səlimov yeni layihənin uğurlarını qeyd edərək, portalda yer alması üçün öz təkliflərini səsləndirib: “Siyasi partiyalar, QHT-lər və KİV-lər vətəndaş cəmiyyətinin inkişafına təkan verən əsas qüvvələr hesab olunur. Bu mənada ELS müstəqil araşdırmalar mərkəzi vətəndaş cəmiyyətinin inkişaf etməsi üçün hər zaman yeni-yeni ideyalar, layihələr həyata keçirir. “Uşaq İnternet Portalının yaradılması” layihəsi də bu istiqamətdə atılan növbəti addımdır. Layihə bəyəniləndir, lazımlıdır, təqdir olunandır. Məhz buna görə də layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2011-ci ildə keçirdiyi qrant müsabiqəsində qalib gəlib. Mən istərdim ki, yeni portalda Azərbaycan Respublikası, onun ərazi bütövlüyü, erməni təcavüzü, Dağlıq Qarabağ münaqişəsi, uşaq hüquqlarının qorunması baaxımından həm yerli, həm də beynəlxalq qanunvericilik, uşaqlara məxsus yaradıcılıq nümunələri də öz əksini tapsın”
Təhsil nazirliyinin şöbə müdiri Maral Salmanova yeni portalda texniki yönümlü yaradıcılıq mərkəzindəki uşaqların nailiyyətləri barədə xəbərlərin yer almasını da zəruri sayıb: “Təhsil nazirliyinin nəzdində 83 uşaq yaradıcılıq mərkəzindən başqa müxtəlif profilli bir çox məktəbdənkənar müəssisələr də var. Əgər bu layihənin məqsədi Azərbaycanın istedadlı uşaqlarını həm ölkəmizdə, həm də xaricdə tanıtmaqdırsa, bizim texniki yönümlü yaradıcılıq mərkəzindəki uşaqlarımız da yaddan çıxmamalıdır. Həmin mərkəzdə təhsil alan uşaqlar respublika səviyyəli müxtəlif tədbirlərdə iştirak edərək uğurlar qazanıblar. Bununla yanaşı, ekoloji dərnəklərdə, uşaq-gənclər idman və şahmat məktəblərində, gənc turistlər və diyarşünaslıq mərkəzlərində təhsil alan uşaqların fəaliyyəti də diqqətdən kənarda qalmamalıdır”.
Tədbirdə Qarabağ Bülbüllləri Ansablının bədii rəhbəri Murad Rzayev, Bakı uşaq teatrının bədii rəhbəri İntiqam Sultan, Bakı Musiqi kollecinin direktoru Nazim Kazımov və başqaları da çıxış edərək, yeni yaradılacaq Portalın strukturu, həmçinin orada yerləşdiriləcək məlumatların müzakirəsinə qatılıblar. Bildirilib ki, yeni portal gənc nəslin mükəmməl və hərtərəfli inkişafında, yüksək mənəvi və mədəni dəyərlərə malik şəxsiyyət, habelə cəmiyyətimizin layiqli üzvü kimi formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Mərkəzin Mətbuat xidməti

Прочитано 3494 раз