Воскресенье, 15 Январь 2012 17:57
Gənc istedadların tamaşaçılara növbəti hədiyyəsi
Yanvarın 15-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyasının "Günay" Uşaq Teatrı Rəşid Behbudov adına Mahnı Teatrında iki hissədən ibarət böyük bayram konserti ilə cıxış etmişdir. Gənc istedadlar tamaşaçılara Qar Qız, Yeni il təbrikləri, mahnılar, "Günay" rəqs qrupunun debütu, şarlar və atəşfəşanlıq nümayış etdirmişlər.
Birinci hissədə tamaşaçılara tatar şairi Abdulla Tuqayın eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Şurale" tamaşası, ikinci hissədə isə Hofmanın "Şelkunçik" nağılı göstərilmişdir.
Tədbirdə iştirak edən tatar icmasının sədri, professor Elmira İlyasova gənc istedadların ifasında təqdim olunan "Şurale" tamaşasını yüksək qiymətləndirmişdir.