Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 15 Декабрь 2011 12:49

“Uşaq İnternet Portalının yaradılması” layihəsinin yekun prezentasiyası

15.12.2011Cari ilin dekabrın 15-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sentyabrin 15-dən həyata keçirdiyi “Uşaq İnternet Portalının yaradılması” layihəsi çərçivəsində “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında layihənin yekun prezentasiyasını keçirmişdir. Tədbirə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, AR Prezidenti yanında QHT-rə Dövlət Dəstəyi Şurası və digər aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, habelə uşaq yaradıcılıq kollektivləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri dəvət olunmuşdular.

FOTOQALEREYA

Azərbaycanda ilk Uşaq Portalının yekun prezentasiyasını keçirən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova sentyabrın 15-dən - dekabrın 15-nə kimi layihə ilə bağlı görülən işlər barədə ətraflı məlumat verdi. Bu müddətdə böyüyən nəslin mədəni-mənəvi tərbiyələndirilməsi üçün zəruri olan məlumat bazası yaradılmışdır. Bu günə educult.az ünvanında yerləşən Portalın Azərbaycan dilində səhifəsi tərtib edilmişdir. Burada Azərbaycanla bağlı tarixi, coğrafi, sosial-iqtisadi, institusional və digər məlumatlar, uşaq və gənclərə aid qanunvericilik bazası, uşaqların mədəni inkişafı üçün yaradılmış şərait barədə də geniş informasiya yerləşdirilmişdir. Ölkəmizdə fəaliyyətdə olan uşaq yaradıcılıq kollektivləri barəsində hərtərəfli informasiyanın yerləşdirilməsinin məqsədi cəmiyyət üzvlərini, xüsusən də valideynləri uşaqların mədəni inkişafı üçün mövcud imkanlar barədə məlumatlandırmaqdır.

“Faydalı linklər” bölməsində kitabxanalar, muzeylər, teatrlar və rəsm qalereyası, “Nəşrlər” bölməsində isə incəsənət sahəsində nəşr olunmuş ədəbiyyat barədə məlumatlar yerləşdirilmişdir. “Musiqi əsərləri” bölməsində mahnılar, rəqslər, opera və operettalar, simfonik, instrumental və vokal əsərlər qruplarında Azərbaycan bəstəkarlarının əsərləri ilə bərabər dünya musiqi inciləri də yer almışdır. Böyüyən nəslin mədəni tərbiyələndirilməsi sahəsində bu günə mövcud problemlərdən biri kimi notların olmamasını nəzərə alaraq Portalda uşaq mahnılarının səslənməsi, yüklənilməsi ilə bərabər notlar və mətnlər də yerləşdirilmişdir.

“Ədəbi əsərlər” bölməsində atalar sözü, klassik və şağdaş dövrlərə aid Azərbaycan və dünya yazarlarının nəsr və poeziya nümunələri yerləşdirilmişdir. Burada Azərbaycan dilində nağıllar, hekayələr və şeirlər bazası, “İlk qələmlər” bölməsində isə ədəbiyyat sahəsində ilk addımlar edənlər üçün yazılarını təqdim etmək imkanı yaradılmışdır.

Statik məlumatlardan başqa burada ölkəmizin mədəni həyatında, xüsusən də uşaqlarla bağlı baş verən hadisələr, tədbirlər, nailiyyətlər əksini tapacaq, həmçinin bu sahədə dünyada baş verənlər izləniləcək. Bu bölmələrlə yanaşı Portalda digər bölmələr də yer almışdır ki, onlardan bəziləri hələ də hazırlıq mərhələsindədir.

Portal məlumatlandırıcı missiya ilə yanaşı uşaqlar üçün bədii əsərlərin yaradılması və artıq yaradılmış əsərlərin təbliği vəzifəsini də həyata keçirəcəkdir. Belə ki, “Müsabiqələr” bölməsində müntəzəm olaraq uşaq mahnılarının ifası ilə bağlı İnternet müsabiqəsi keçiriləcəkdir. 15 yaşadək hər bir uşaq, bağça, uşaq yaradıcılıq kollektivləri və ya məktəb təmsilçiləri müsabiqənin hər bir mərhələsində təklif olunan mahnıları oxuyub lentə alaraq yazıları portala təqdim edə bilər. Qalib isə oxucuların qiymətləndirilməsi əsasında müəyyən ediləcək.

Beləliklə, bu gün uşaqlar, valideynlər, uşaqlarla işləyən peşəkarlar və hər bir vətəndaşa maraqlı və faydalı olan Portal ilkin mərhələdədir, çünki yerləşdiriləcək məlumat bazası çox genişdir və müəyyən müddət tələb edir. Buna görə də, uşaqlarımızın mədəni hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına xidmət edən Portalın zənginləşməsi üçün töhfəsini vermək istəyənlər dəvət olunur və biz yeniliklər, mahnı yazıları, musiqi əsərlərinin notları, ədəbi əsərlər, bayram ssenariləri, ad günlərinin qeyd edilməsi ssenariləri və sairə materiallarla bölüşmək istəyənləri əməkdaşlığa dəvət edirik.

İradə Yaqubova ELS-ın əməkdaşları və könüllüləri ilə yanaşı portalın yaradılmasında tanınmış incəsənət xadimləri və mütəxəssislərin iştirak etdiklərini vurğuladı. «Layihə dekabrın 15-də başa çatsa da, Portaldakı məlumatların zənginləşdirilməsi və Azərbaycanda uşaq və yeniyetmələrin mədəni inkişafı üçün yaradılmış imkanların müasir elektron texnologiyalar vasitəsi ilə dünya ictimaiyyətinə təqdim etmək məqsədi ilə xarici dillərdə səhifələrin açılması istiqamətində işlər davam etdiriləcək”, - deyə layihə rəhbəri qeyd etdi.

Прочитано 2973 раз