admin2
Gürcü mahnısı - Tu-tu-tu
Gürcü mahnısı - Sehrli ekran
Gürcü mahnısı - Odelia-dela
Gənc istedadların tamaşaçılara növbəti hədiyyəsi
Yanvarın 15-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Yaradıcılıq Studiyasının "Günay" Uşaq Teatrı Rəşid Behbudov adına Mahnı Teatrında iki hissədən ibarət böyük bayram konserti ilə cıxış etmişdir. Gənc istedadlar tamaşaçılara Qar Qız, Yeni il təbrikləri, mahnılar, "Günay" rəqs qrupunun debütu, şarlar və atəşfəşanlıq nümayış etdirmişlər.
Birinci hissədə tamaşaçılara tatar şairi Abdulla Tuqayın eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Şurale" tamaşası, ikinci hissədə isə Hofmanın "Şelkunçik" nağılı göstərilmişdir.
“Günay” Teatrının Gəncədəki uguru
Yanvarın 4-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıçı studiyasının “Günay” Teatrı Gəncədə A.S.Puşkinin “Balıqçı və balıq haqqında nağıl” əsərinin motivləri əsasında qurulmuş tamaşa ilə çıxış etmişdir. Qeyd edək ki, sözügedən tamaşaya görə “Günya” Teatrı 2011-ci ildə Bolqarıstanda keçirilmiş müsabiqədə 1-ci dərəcəli laureat diplomu ilə təltif edilmişdir.
“Günay”ın Yeni il hədiyyəsi
Dekabrın 28-də “Günay” Uşaq Teatrı uşaq evlərinin şagirdləri qarşısında “Şelkunçik” Yeni il tamaşası ilə çıxış edib. Teatrın çıxışı uşaq evlərinin şagirdləri tərəfindən qurultulu alqışlarla qarşılanıb. Tamaşadan sonra Şirvanşahlar Sarayının rəhbərliyi uşaqları Yeni il hədiyyələri ilə sevindirib.
"Xoş gəlmisən Təzə İI"
Dekabrın 28-də 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində "Xoş gəlmisən Təzə il” adı altında Yeni il şənliyi keçirilmişdir. Şənlikdə Mərkəzin "Nağıl və debat", "Erudit", "Günəş" rəsm studiası, rəqs qrupu, "Folklor" dərnəyi, Pontomima teatrının aktyorları, şən klounlar, şaxta baba və qar qız iştirak etdi.
Mərkəzin akt zalında yolka qurulmuş, bayraqlar, plakatlar, stendlərlə bəzədilmiş, xüsusi ayrılmış yerlərdə Mərkəzin "Günəş" rəsm studyasının üzvlərinin, qışı və yeni ili təsvir edən əl işləri sərgilənmişdi.
Mehriban Əhmədova. "Düşüncə"
“Təbəssüm”ün növbəti konserti
2011-ci ilin dekabr ayının 29 Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində “Təbəssüm” Usaq Musiqili teatrının konserti baş tutmuşdur. Bir çox beynəlxalq müsabiqələrin laureatı olan “Təbəssüm” həmişə olduğu kimi, milli və xarici vokal və rəqs nömrələrindən ibarət zəngin proqramla tamaşaçıları sevindirmişdir.
“Dəcəllər” teatrının Parisdəki uğuru
Dekabrın 2-də Parisdə YUNESKO-nun Böyük Konsert Zalında Daun sindromlu uşaq və yeniyetmələrdən ibarət kollektivlərin iştirakı ilə konsert keçirilib. 3 dekabr-Beynəlxalq Əlillər gününə həsr edilmiş konsertdə Azərbaycanı təmsil edən 12 yeniyetmədən ibarət Daun Sindromlu Şəxslərin Assosiasiyasının “Dəcəllər” teatrının kollektivi tamaşaçılar qarşısında 30 dəqiqəlik konsert proqramı ilə çıxış ediblər.“Karvan” musiqisinə “Modern” üslubunda 9 musiqili nömrə, səhənglə, gül buketləri ilə rəqslər, ispan və ərəb rəqsi, proqramın sonunda isə dahi bəstəkar Üzeyir Hacıbəyovun musiqisi əsasında qurulmuş “Cəngi” rəqs kompozisiyasını ifa edən gənc istedadları tamaşaçılar ayaq üstə alqışlayıblar.