Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

admin2

admin2

Вторник, 14 Февраль 2012 15:29

LƏTİFƏNİN XORUZU

LƏTİFƏNİN XORUZU

 

L
ətifənin bir xoruzu var idi. Adı Mərcan, gözləri yepyekə muncuq kimi. Pipiyi qırmızı nar qabığına oxşayırdı. Quyruğu isə elə bil süpürgə idi.

Lətifə Mərcanı çox sevirdi. Tükəz nənənin toyuqlar üçün aldığı dəni oğurlayıb, gizlicə Mərcana yedizdirərdi. Mərcan da Lətifəni çox istəyirdi. Hara gedirdisə yanlarını basa-basa arxasınca düşür, elə hey qızın əlini dimdikləyirdi. Mərcanı doyuzdurmaq olmurdu, elə qarınqulu idi ki...

Tükəz nənə dən tökən kimi Mərcan bütün toyuqları qovub tək özü qalar, iri dimdiyini yerə çırpıb, hirsli-hirsli quğuldayırdı. Bu zaman Lətifə kənarda dayanıb, sevincindən əlini-əlinə vurardı:

-         Ay sağ ol, mənim qoçaq Mərcanım. Döy onları, hamısını özün ye.

Bunu eşidən Tükəz nənə özünü yetirər, Mərcanı da Lətifəyə qatıb, həyət boyu qovardı.

Ləlifənin toyuqlardan xoşu gəlmirdi. Çünki onların ucundan nənə Mərcanı çох incidirdi. Qızcığaz elə bilirdi ki, toyuqlar olmasa nənə aldığı bütün dəni Mərcana yedizdirər, o da daha Lətifənin əlini dimdikləməz.

Bir gün Lətifə usaqların səsıni eşidib həyətə qaçdı. Məryəm xalanın kiçik oğlu Famil əlindəki çubuğu yelləyərək deyirdi:

-         Usaqlar. Gedək tülkünü tapıb, çoxlu-çoxlu döyək. Bu gecə hində toyuqların hamısını boğub.

Lətifə bu sözləri eşitcək barmağını dişlədi. Uşaqların getməyə hazırlaşdığını görüb, tez Familin qabağına qaçdı:

-         Famil, tülkünü döyməyə getməyin, - dedi. – İstəyirsiniz sizə konfet verim.

-         Hanı ? – deyə usaqlar bir ağızdan dilləndilər.

Lətifə evə qaçdı, nənəsindan gizlin ətəyini konfetlə doldurub, gətirib uşaqlara payladı. Familgil həmin gün tülkünü döyməyə getmədilər..

Axşamçağı tor qovuşanda Tükəz nənə Mərcanı və toyuqları qabağına qatıb hinə doldurdu. Qapısını örtüb, ağzına da yekə bir daş qoydu.

Bir azdan bütün ailə süfrə başına yığılıb nahar edirdi. Lətifə isə qurdalanırdı, nədənsə narahat görünürdü. O, ayağa qalxıb, heç kimin nəzərini cəlb etmədən bayıra çıxdı. Cəld hinə yaxınlaşdı. Daşı güclə kənara itələyib, qapını araladı. Sonra: "Hə, indi tülkü gəlib hamınızı boğar, onda görərsiniz ki, Mərcanı incitmək nесə olur?" – deyə sevinə-səvinə evə qayıtdı.

Səhər Tükəz nənənin haray-həşiri olmasaydı, Lətifə bəlkə yuxudan gec ayılacaqdı. O, paltarını geyinib, pəncərədən həyətə baxdı. Nənəsi yaman qəzəblənmisdi. Lətifə yenə barmağını dişləyib güldü: Нə, belə hirslənərsən, toyuqlarını tülkü boğub, yaxşı eləyib, Mərcanı daha incitməzsən". Sonra eyvana çıxıb, nənasinə acıq vermək üçün Mərcanı səslədi. Ancaq xoruz görünmədi. Lətifə hinə baxdı, vox idi. Bağa tərəf qaçdı, hər tərəfə göz gəzdirdi, çağırdı, Mərcandan səs gəlmədi.

Geri qayıdarkən evin qabağında dənləşən toyuqları gördü. Lətifəni heyrət bürüdü, tülkü toyuqlardan heç birini boğmamışdı.

"Bəs mənim Mərcanım hanı?" –deyə öz-özünə soruşdu. Bu zaman Tükəz nənənin səsi esidildi:

-         Boğazı yanmıs; tülkü xaruzu aparıb, hayıf, elə kök idi ki...

Lətifə donub qaldı. Üzündəki sevinc bir anda vox oldu. Dodaqları büzüldü, ağladı.

-         Mən hini açmışdım ki, toyuqları boğsun., ancaq mənim xoruzumu aparıb. Pis tülkü...

Həmin gün qəzəbindən özünə yer tapmayan Lətifə əlinə yekə bir çubuq alıb, Famili səslədi:

-         Gedək. tülkünü döyək, mənim xoruzumu aparıb.

 

Вторник, 14 Февраль 2012 15:18

LALƏ VƏ KƏPƏNƏK

LALƏ VƏ KƏPƏNƏK

 

K
əpənək, ay kəpənək, gəl qaçdı-tutdu oynayaq.

Elə bil kəpənək Lalənin dilini başa düşdü, bir anlığa qanad saxladı. Bayaqdan təkbaşına oynayırdı, otdan-ota, çiçəkdən-çiçəyə atlanırdı. Xal-xal qanadları yelpik kimi yığılıb açıldıqca səhər günəşinin şüaları altında parıldayırdı. Lalə bu şən və qəşəng kəpənəyə heyran-heyran baxırdı və onunla oynamaq istəyirdi. Deyəsən, kəpənək də təkbaşına oynamaqdan bezdi. Odur ki, uçub Lalənin yaxınlığındakı gül budağına qondu. İndi Lalə onu lap yaxından görürdü. Uzun bığları tərpənir, darı dənələri kimi qapqara gözləri bir yerdə qərar tutmur, hey firlanırdı. Lalə elə bildi ki, kəpənək ona baxıb gülür. -

-         Hə, indi qaç, mən səni tutum...

Kəpənək narıncı qanadlarını çalıb havaya qalxdı, Lalənin dövrəsində fırlandı, sonra lap qızcığazın qabağından süzüb irəli uçdu. Lalə onun arxasınca götürüldü. Gül ləklərinin arası ilə xeyli qaçdılar. Lalə qaçdıqca qoşa hörüklərinə bağlanmış ağ lent topaları atılıb-düşür, onun özünü də kəpənəyə oxşadırdı. Elə bil bir kəpənək başqa kəpənəyi qovurdu. Amma Lalə qanadları xallı kəpənəyə çata bilmirdi.

Qızcığazın səs-küyü, gülüşü bütün bağçanı başına götürmüşdü. O, əl-qolunu ata-ata kəpənəyin dalınca qaçır, qaçdıqca sevinc içində qışqırırdı:

-         İndi səni tutaram. Görək kim bərk qaçır...

Lakin kəpənək Lalədən cəld idi. Qız ona çatan kimi qızılı qanadlarını yelləyir, gah aşağı, gah da yuxarı uçurdu və beləliklə, Lalənin totuq əlləri havadan asıla qalırdı.

Beləcə çox qaçdılar. Lalə yoruldu. Tövşüуə-tövşüуə gəlib bir ağaca söykəndi. Başını aşağı salıb, güllü donunun ətəyini barmağına doladı. Qızcığazın dodaqları büzülmüşdü, kirpikləri az qala pörtmüş sifətinə yapışmışdı. Kəpənək Lalənin dayandığını görüb ona yaxınlaşdı, başı üzərində dövrə vurdu, qanadları ilə az qala saçına sığal çəkdi. Lalə isə incik səslə dilləndi:

-         Sən pis oynayırsan."Elə qaçırsan ki, heç tuta bilmirəm...

Elə bil kəpənək Lalənin küsdüyünü hiss edib, lap yaxına uçdu, qızın gözləri qarşısında qanad çaldı., sonra güllü donunun yaxasına qondu. Lalə onu lap aydınca görürdü. Xallı qanadları yelpik kimi yellənirdi, gözləri bayaqkından da iri tərpənirdi, bığları da ki, hey oynayırdı. Kəpənək qızcığazı oynamağa dəvət edirdi. Lalə əvvəlcə nazlandı:

Yox, istəmirəm, - deyib dodaqlarını daha bərk büzdü. Amma bir qədər keçmiş dikəldi, gözəl kəpənəyə baxdı və birdən:

Əl səndə! - deyib qəflətən kəpənəyi vurdu və gülə-gülə ləklərə tərəf qaçdı. Qaça-qaça ucadan qışqırdı:

İndi sən məni tut görüm, nесə tutursan...

Lalə hörüklərini ata-ata arxasına baxmadan qaçırdı. Lakin birdən dayandı, geri çevrildi. Xal-xal kəpənək yox idi. Lalənin gülüşü sifətində donub qaldı, həyəcanla ətrafa boylandı. Kəpənək görünmürdü.

-         Harada qaldın? Bax, yenə küsəcəyəm ha...

Lalə əllərini havada yelləyib, ucadan qışqırdı. Birdən barmaqlarında gözqamaşdıran işıq gördü. Diqqətlə baxdı. Sanki sağ əlini qızıl tozuna batırmışdılar. Bu, narınc rəngli kəpənəyin qanadlarından tökülmüşdü.

Lalə bayaq dayandığı ağacın yanına qaçdı. Xallı kəpənəyi yerdə, otların üstündə tapdı.

-         Uç, niyə uçmursan? Yoxsa qorxursan məni tuta bilməyəsən? -Deyib, aşağı əyildi, diqqətlə kəpənəyə baxdı. Kəpənək uça bilmirdi, bir otun üstündə dayanıb ləngər vururdu. Onun xallı qanadları daha yelpik kimi yellənmirdi, darı kimi qara gözləri yerində oynamırdı, uzun bığları tərpənmirdi.

Lalə ehmalca onu əlinə götürdü. Kəpənəyin bir qanadı yarıyadək yox idi.

-         Bəs, indi nесə olacaq? Daha uça bilməyəcəksən...

Lalə kövrəldi, hönkürtü ilə ağladı. Qızcığazın səsinə anası çıxdı, eyvandan enib, bağçaya gəldi. Qanadı qırılmış kəpənəyi, Lalənin əlinə yaxılmış qızıl rəngli tozu gördü, hər şeyi basa düşdü. Kəpənəyi Lalənin əlindən aldı, aparıb günün altına, gül ləçəyinin üstünə qoydu. Kəpənək elə bil dirçəldi, gözləri oynamağa başladı, qanadları yenidən parladı, az qala göz qamaşdırdı. Anası Lalənin yaşarmış yanaqlarını sildi, qəşəng sözlər dedi:

-         Kəpənəyin loğmanı günəşdir. Burada о sağalacaq, toza dönmüş qanadı özünə qayıdacaq. İndi isə gedək evə, gərək axşamadək kəpənəyə dəyməyək.

Axşam tərəfi günəş hündür ağacların arxasında gizlənəndə Lalə tələsik bağçaya qaçdı. Tanış gül ləçəyinin üstünə baxdı, xallı kəpənək yox idi.

Qızcığaz gül ləklərinin arasında xeyli gəzdi, sonra otların, çiçəklərin üstünə göz gəzdirdi, ağaclara tərəf boylandı, xallı kəpənəyi heç yerdə görmədi.

Narıncı kəpənək günəşdən qanad almışdı, uçub uzağa getmişdi. Lalə gözlərini güllərin üstündən uzağa zillədi. Astadan dilləndi:

- Qayıt gəl səni bir də vurmaram...

 

Вторник, 14 Февраль 2012 12:22

RUSLAN VƏ LYUDMİLA

 

Aleksandr Puşkin

 

 


RUSLAN VƏ LYUDMİLA

 

 (Tərcümə edəni Məmməd Rahim)

 

 

İTHAF

 

Siz, ey həyatımın şux sultanları!

Gözəllər, qəlbimin mehribanları!

Sizə həsr edirəm sədaqətlə mən

Qızıltək qiymətli xoş zamanımı:

Sizinçün yazıram, tərif güdmədən,

Keçmişdən aldığım bu dastanımı.

Şirin arzulara daim dalaraq,

Bəxtiyar sayaram özümü ancaq

Bu naqis nəğməmi bəlkə də yalqız

Qəlbi eşqə düşən ismətli bir qız

Ya səhər, ya gecə düşəndə firsət

Unudub hər şeyi oxusa xəlvət...

 

ARDI >>>

 

prezident-ushaq-bagcasindaAzərbaycan Respublikasının prezidenti İlham Əliyev fevralın 8-də Bakının Nərimanov və Suraxanı rayonlarında yerləşən körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatinda belə deyilir.

Пятница, 10 Февраль 2012 11:00

"Təbəssüm" Uşaq Musiqili Teatrı səfərə hazırlaşır

Beynəlxalq müsabiqələrin laureatı "Təbəssüm"  Uşaq Musiqili Teatrı yeni bir layihəyə imza atıb. Kollektiv 30 may-16 iyun 2012-ci il tarixində Türkiyədə keçiriləcək 10-cu Beynəlxalq Türkcə Olimpiadasında iştirak edəcək. Qeyd edək ki, 130 ölkənin qatılacağı Olimpiadada bu il rəqs üzrə Azərbaycanı məhz "Təbəssüm"  Usaq Musiqili Teatrı təmsil edəcək.

Hazırda Teatrda bu möhtəşəm bayrama hazırlıqlar gedir və uşaqlar Türkiyədən qələn müəllimlərdən rəqs dərsləri alırlar. Sözügedən məşğələlərdən görüntüləri təqdim edirik. 

 

 Video1   Video2  Video3

Пятница, 03 Февраль 2012 16:46

Tелефон

Понедельник, 16 Январь 2012 10:55

ŞELKUNÇİK VƏ SİÇANLAR PADŞAHI (I HİSSƏ)

 

new

2011-ci ilin dekabrın 15-də Abşeron rəsm qalereyasında Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” studiyasının 6 yaşlı üzvü Mələk Şəfiyevanın “Mənin rəngli dünyam” adlı fərdi sərgisi keçirilmişdir. Iki ildən çoxdur ki, dərnəkdə rəsm sənətinin sirlərini müəllimi Nərmin Abdullayevadan öyrənən Mələyin 60-a yaxın rəsm işi sərgidə nümayiş olunmuşdur. Tədbirdə uşaq və valideynlərlə yanaşı Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov və digər qonaqlar iştirak etmişdir.


news2011-ci ilin dekabrın 28, 29, 30-da “Buta” sarayında uşaq evləri və internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Heydər Əliyev Fondunun təşkil etdiyi Yeni il şənliyində Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs kollektivi və “Çiçəyim” uşaq teatrının üzvləri çıxış etmişdir. “Milli rəqs” və “Bal rəqsləri” dərnəyinin üzvləri şux rəqsləri, teatr studiyasının gənc aktyorları isə maraqlı çıxışları ilə yaddaşlarda qalmışdır.

FOTOQALEREYA