admin2
HAQSIZLIĞIN DƏRDLİ AHƏNGİ
Haqsızlığın dərdli ahəngi
1992-ci ilin 26 fevral
Xocalı soyqırımına ithaf
Şaxta nəfəslərdə buz donduranda,
Göz göynədi yandı dərdlər əlindən.
Güllə yanğını el odlandıranda,
Gözümdə yaş dondu namərd əlindən.
Şaxtalı, ayazlı ağ bir gecə,
Çoxaldı işıği ayın, ulduzun.
Gördüm ki işğalçı zalımdır necə,
Buludun lələyi olmuşdu uzun.
Düşmən yollar üstə tökürdü güllə,
Qılınc şaxta naxış çəkirdi gülə.
Ürəyim sıxıldı bu mənzərədən,
Qar altda nur gözlər bənzədi tülə.
Buz tək donanların üstə düşəndə,
Sovet bayrağının al qırmızı rəngi.
Ən acı duyğular oyatdı məndə,
Belə haqsızlığın dərdli ahəngi.
Ayın ağ ziyası dərd kirşanlandı,
Baxan deyərdi: ay qaldırdı üsyan.
Məskənində kimi kim nişan aldı,
Nə toy tutdu elə güllə və boran.
Bu qarlı şaxtalı qış axşamı,
İki işğalçının qəsdi tamahı,
Qanlı sinələrdə yuksəltdi ahı,
Gözlərimdə yandı intiqam alovu.
26.02.1993
BİZİM BAĞ
Rəfiqə Məmmədova
Bizim bağ
il-çil toyuq kürt düşmüşdü. Nənə yumurtaları onun altına qoymuşdu. Karton qutunu da hinə qoydu. Onu heç kim narahat etməzdi.
Bu vaxt Selinin ağlına gəldi ki, karton qutunu götürüb evə gətirsin.
Kürt toyuq üstündə oturduğu yumurtaları əzməsin deyə bərkdən qaqqıldadı.
Qaqqıltı Selini qorxuzdu. Ağladı. Səsə nənəsi çölə çıxdı. Soruşdu:
Selin niyə ağlayırsan?!
Mən kürt toyuğu evə gətirmək istəyirdim. O bərkdən qırt-qırt elədi, üstümə atılmaq istədi.
Qızım, hansı toyuq razı olar ki, onu yumurtaların üstündə narahat edəsən? Ona toxunmaq olmaz. Dimdiyi itidir. Göz çıxardar! O yumurtaları isidir.
Əmisi Şakir qaça-qaça gəldi. Selini qucağına aldı. Onun üzündən
öpə-öpə dedi:
- Selin, belə iş eləmə! Ən sakit toyuq da yumurta üstündə oturanda çox həssas olur!
Nənəsinin başı işə qarışanda Selin hinə baş çəkirdi. Onun səbri çatmırdı, toyuğun qutusunun ağzını bərk bağladı, sürüdü, silkələdi. Ərik ağacının haçasına çıxdı. Qutunu da özüylə yuxarı dartdı. Qutu əlindən sürüşüb yerə düşdü. Qutu çevrildi. Yumurtaların biri də sınmadı. Çil-çil on bala çıxartdı. Yumurtalar lax çıxmadı. Nənə sevindi. Cücələr çox sağlam idi. Anaş onları özü ilə gəzdirir, səylə yer eşələyir, dən tapırdı. Balalar basa-bas sala-sala dəni dimdikləyirdilər.
İki cücə isə acından ciggildəyirdi. Özlərinə dən tapa bilmirdilər. Bunu görəndə Selin hirslənirdi. Şakir əmisi onlara diqqətlə baxdı və bərkdən güldü:
Bu quş yumurtalarını onun altına kim qoyub?
Selin sevincək dedi:
Mən! Qarajda quş yuvası var, nərdivanla çıxıb götürdüm! Çil-çil hində olmayanda qutuya qoydum!
Şakir əmisi dedi:
Qızım, quş balalarını anası yedizdirir! Özün çox görmüsən, quş yuvası bağımızda çoxdu, sən onlara çox baxmısan! Balalar ağzını açır, ana dimdiyində gətirdiyi dəni onun dimdiyinə tərəf tutur, bala da yemi götürür! İndi isə biz onları böyütməliyik!
Selin sevindi. Birdən gülə-gülə dedi:
Əmi, axı mənim dörd yaşım var, çox şeyi bağımızda öyrənəcəm!
Nənə cücələri sözlə oxşayırdı:
Qırt yırğalandıqca,
Qaq-qaqı artıqca,
Çıxdı qabıqdan
Sarı ətcəbala.
Bir ətcəbala ki,
Rəngi sarı, çil-çil
Quş tək ötür dil-dil.
Dimdiyi ağ qədəh.
Gözləri qap-qara,
Baxır qorxa-qorxa.
Ona maraqlıdı
Bu işıqlı dünya,
İncə dırnaqlıdı
Hey baxar aya!
Selin əl çaldı. O şeiri və nağılı çox sevən qızdı. Qulaq asmaqdan yorulmazdı!
20.05.2009
DOLU
Rəfiqə Məmmədova
Dolu
Göy güruldadı,
Şaqqıltı saldı.
Bulud söküldü,
Dolu töküldü.
Qızıl güllə tək,
O uça-uça.
Atəşə tutdu,
Şip-şirin tutu.
Dalbadal çırpdı,
Bar çiçəyini.
Bağ göyçəyini,
Gönçə göz qırpdı.
Bir an içində
Ağacı yıxdı.
Su içimində,
Hesabdan çıxdı.
Nənə karıxdı,
Yaman darıxdı:-
Zülmün cəzası,
Olmaz zalıma!
22.07.2009
XOCALI
XOCALI REKVİYEMİ Vahid Əziz
1nsan öldü, ortasınnan il qırıldı, Bir şikəstə oxuyurdum havalanıb zil qırıldı, Yuva quran bir qaranquş qatdı Tanrının başını – Xoçalıda el qırıldı.
Qar altında torpaq yatar, bənizində dırmaq yeri, Bu çadırda bir qarı var üz-gözündə dırnaq yeri, qaranquşlar yuva qurar Sarayların eyvanında, Çöllərdəki bu çadırlar qismətlərin sınaq yeri,
Qürbət yerdə qəbir qazdım, bu torpaqa naşı olan bel qırıldı, Torpaq - qara, torpaq namərd, üzü soyuq, Hər tərəfi qəbir yeri - çala-çala, oyuq-oyuq, Milyon ildi göy üzünü oxuyuruq.
Göylərdəki həqiqəti Höccələyən neçə-neçə dil qırıldı, Ulduzların işıqları göydə neçə dolaşdısa, bir səhərin - üfüqlərçün toxuduğu tül qırıldı.
Elə yanıb, bu torpaqda bunnan sonra heç qanqal da bitən deyil, Burda düşmən nəğmə deyər, burda yağı rəqs eləyər, içimizdə ola-ola bu yerlərdə biz yoxuqsa - bəlkə bura Vətən deyil?!
Ovcumda başım ağardı, neçə-neçə tel qırıldı... |
YARALANDI XOCALIM! Pərvanə Dünyamalıqızı
Son nəfəsdə döyüşəcək,vətənindən doymayacaq, Düşmənlərə torpağını, varlığını satmayacaq, Torpağına qanlar axdı, yaralandı Xocalım. Şaxtalı qış gecəsində parçalandı Xocalım.
Gecə isti ocağından, qucaqlayıb körpəsini qaçdı ana, Odlu güllə sinəsini parçaladı, körpəsiylə çökdü ana. Buraxmadı ağuşundan körpəsini, qar üstündə dondu ana. Torpağına qanlar axdı, yaralandı Xocalım, Şaxtalı qış gecəsində parçalandı Xocalım.
Gecə yağan düşmən odu Xocalını hey odladı, Anaların balam deyən şirin dili yaman yandı, Qar üstündə o günahsız insanlarım donub qaldı, Torpağına qanlar axdı, yaralandı Xocalım Şaxtalı qış gecəsində parçalandı Xocalım.
Sevinməsin düşmən ordu, hər insanın bir ahı var, Donan məzlum insanların başı üstə Allahı var, O, torpaq ki bizimkidir, bu günün də sabahı var, Ağı deyək, nalə çəkək, sinəsi qan Xocalım. Şaxtalı qış gecəsində parçalandı Xocalım.
Bu millətin harayını eşit hər an Ulu Tanrım. Ruhlar yaman imdad edir, bu fəryada gizli yandım. Üzü üstə donub qalan insanları,qəlbim sandım. Ağı deyək, nalə çəkək, sinəsi qan Xocalım. Şaxtalı qış gecəsində,parçalandı Xocalım.
Ağlama sən Ana Vətən düşmənlərin önündə. Qaytaracaq Xocalımı millət durub sözündə. “Pərvanə”yəm, yalvarıram Heydarımın, İlhamımın önündə. Qaytar mənə, qaytar mənə, yaralıdır Xocalım. Şaxtalı qış gecəsində parçalandı Xocalım. |
Haqsızlığın dərdli ahəngi 1992-ci ilin 26 fevral Xocalı soyqırımına ithaf Rəfiqə Məmmədova Şaxta nəfəslərdə buz donduranda, Göz göynədi yandı dərdlər əlindən. Güllə yanğını el odlandıranda, Gözümdə yaş dondu namərd əlindən.
Şaxtalı, ayazlı ağ bir gecə, Çoxaldı işıği ayın, ulduzun. Gördüm ki işğalçı zalımdır necə, Buludun lələyi olmuşdu uzun.
Düşmən yollar üstə tökürdü güllə, Qılınc şaxta naxış çəkirdi gülə. Ürəyim sıxıldı bu mənzərədən, Qar altda nur gözlər bənzədi tülə.
Buz tək donanların üstə düşəndə, Sovet bayrağının al qırmızı rəngi. Ən acı duyğular oyatdı məndə, Belə haqsızlığın dərdli ahəngi.
Ayın ağ ziyası dərd kirşanlandı, Baxan deyərdi: ay qaldırdı üsyan. Məskənində kimi kim nişan aldı, Nə toy tutdu elə güllə və boran.
Bu qarlı şaxtalı qış axşamı, İki işğalçının qəsdi tamahı, Qanlı sinələrdə yuksəltdi ahı, Gözlərimdə yandı intiqam alovu.
26.02.1993 |
"Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Günü" anıldı
Yol hərəkətində təhlükəsizliyin təmin edilməsi, təbliğat işinin gücləndirilməsi məqsədi ilə Bakı şəhər DYP İdarəsi və Bakı Şəhəri üzrə Təhsil Idarəsinin 46 saylı Məktəbdənkənar Tərbiyə Işi Mərkəzi birgə fəaliyyət planına uyğun olaraq 1991-ci ildən başlayaraq 21 noyabr Ümumdünya Yol Qəzaları Qurbanlarının Xatirə Gününü qeyd edir. Tədbirin keçirilməsində məqsəd yol-qəza hadisələrində həlak olanların xatirəsini yad etməklə qəzalarda əlil olanlara maddi və mənəvi dəstək göstərmək, ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir.
Əliyev Rauf
Bakı şəhər 42 saylı orta məktəbinin 5 "c" sinif şagirdi, 10 yaş
YOLLARDA OL DİQQƏTLİ
Bircə an beynimdən çıxara bilsəm Qara xəbər gələn dəhşətli anı. Ürəyim dayandı, dondu qanım da O acı xəbəri eşidən vaxtı. Qəzaya uğradı gül balam mənim Daha bitməz bağda gülüm, çiçəyim Gül-çiçək olmasa bülbül də ötməz Bülbülü susduran gözəl mələyim. Sükan arxasına keçən sürücü, Nə olar yollarda ol sən diqqətli! Yaddan çıxarma ki, ömür qısadır. Allahın verdiyi can əmanətdir! |
QƏHRƏMAN OLUM
Ağatlı oğlan, Cırtdan, Məlikməmməd, İsgəndər Nağıl qəhrəmanları, Dillər əzbəridirlər. İstəyirəm mənim də Adım gəzsin dillərdə. Mən də olum qəhrəman Yaxşı əməllərimlə! Haqqın yoluyla gedim, Xeyirxah işlər görüm. Qeyrətli oğlan kimi Hər zaman yadda qalım! |
GÜLNAZ NƏNƏM
Evimizin bəzəyisən Şəkərdən də şirinsən. Sən mənim bir dənəmsən Ay mənim Gülnaz nənəm! Gül kimi ətirlisən, Nazlısan, qəmzəlisən, Ayımsan, günəşimsən, Ay mənim Gülnaz nənəm. Evimizdə böyüksən, Amma uşaq kimisən. Sənə söz demək olmur Hər şeydən inciyirsən Ay mənim Gülnaz nənəm. |
NƏNƏM
Dayanmısan qarşımda Vüqarlı bir dağ kimi. Saçların ağarıbdır Dağ başında qar kimi. İşıq saçar hər yana Günəş çıxdığı zaman. Sənsə şəfəq saçırsan Bərq vuran günəş kimi. Gecələr göy üzünü Aydınlatan aydırsa, Sən aydan da nurlusan, Mənimçün nur saçırsan! |
Zeynəb Əhmədova
Bakı şəhər 12 saylı orta məktəbinin 4 "e" sinif şagirdi, 10 yaş.
Ana Vətən!
Ana! Bu adın mənası dərin,
Ana! Söylədikcə döyünür qəlbim.
Mən dil açanda "Ana" söylədim
Bu sözü vətənimlə bir qoşa çəkdim!
Vətənim Ana Vətən, söyləyirəm mən!
Vətənini sevirsən, anan kimi sən?
Əgər sevmirsənsə aç qulağını,
Dinlə bu Azərbaycan vətəndaşını!
Öyünmə ki, Azərbaycan vətəndaşısan,
Dilini, dinini sevməyirsənsə.
Anan böyüdüb ki, əsgər olasan,
Vətənin keşiyində ər tək durasan!
Koroğlunun, Babəkin göz bəbəyi bu
Tapdaqlar altında olan bu torpaq.
Babaların bizlərə əmanətidir
Qızıl sərvətlərlə dolan bu torpaq!