Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Среда, 28 Декабрь 2011 10:50

Mirvarid Dilbazi

MİRVARİD DİLBAZİ

(1912-2001)

mirvarid-dilbaziMirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.

"Qadınların hüriyyəti" adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.

Çağdaş Azərbaycan uşaq ədəbəiyyatının yaradıcılarından və ən görkəmli nümayəndələrindəndir: "Nağıllar", "Şerlər", "Kiçik dostlarıma", "Yaz gəlir", "Lalənin ağacları" və s.. Əlişer Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikoly Tixonov, Sergey Mixalkov, Samuil Marşak, Zülfiyyə, Akaki Sereteli, Jalə və başqalarından tərcümələr etmişdir.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə bir çox mahnı, romans və oratoriyalar bəsləmişlər.

Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və b. şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

2 dəfə "Şərəf nişanı" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycanın "İstiqlal" ordeni ilə təltif edilmiş Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də Bakıda vəfat etmişdir.

 

YOLKA BAYRAMI

 

Yığılın gəlin

Uşaqlar hamı

Gəlin, şən keçsin

Yolka axşamı.

 

Tıq - tıq - tıq döyüb

Qapını birdən,

Qış baba baxır

Pəncərələrdən,

 

Ətəyi dolu

Əlvan kağızlar.

Onun içində

Gözəl şeylər var.

 

Pay gətiribdir

Qış baba sizə,

Deyir ki, tez ol,

Yolkanı bəzə!..

 

Eşiyə yağır

Quşbaşıtək qar,

Qış baba gəlib

Sizə payı var.

 

Budur açıldı

Qapı taybatay.

Qış baba dedi:

Aman ay- ay - ay,

 

Kənara durun

Ay uşaqlar siz.

Əzilib gedər

Yer - yemişiniz!

 

Qış baba evə

Bir nəzər saldı

Uşaqlar tezcə

Dövrəsin aldı.

 

Yolka yanında

Çökdü qış baba.

Yaşıl budaqlar

Bir - bir bəzəndi.

Xırda uşaqlar

Hamısı şəndi.

QAR

 

Qar örtdü bağça bağları,

Çiçəkli gülü dağları,

Qışın səfalı çağları

Yetişdi. Qəlbim oldu şən.

 

Səfalıdır bizim Vətən.

Nə xoş gəlib bu qış, bu qar

Qışın da başqa zövqü var.

Qar altda yatdı tarlalar

 

Düm ağ geyindi çöl, düzən.

Səfalıdır bizim Vətən.

Fərəhlidir bu eldə qış,

Baharda gur yağan yağış,

 

Açıb düm ağ örpəyi

A yurdumuz bəzən-bəzən,

İlin bütün fəsilləri

Səfalıdır bizim Vətən.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Прочитано 25282 раз