Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Четверг, 08 Декабрь 2011 13:52

ÇİRKİN ÖRDƏK BALASI

Hans Xristian Andersen

ÇİRKIN ÖRDƏK BALASI

(tərcümə edəni Cabbar Məcnunbəyov)

Ş
əhərkənarı çox gözəldi! Yay günləri olduğundan çöllərdə çovdar qızarmış, yulaf yaşıllaşmış, otlar biçilib, yığılıb, taya vurulmuşdu. Uzunqıç Leylək yaşıl çəmənlərdə gəzişir, misir dili ilə söylənirdi. О bu dili anasından öyrənmişdi.

Göl və çəmənliklərdən о yana meşələr uzanırdı. Burada dərin göllər də vardı. Şəhərkənarı, doğrudan da, çox gözəldi. Bir tərəfi güney, dörd tərəfi dərin su arxları ilə əhatə olunmuş кöhnә malikanənin daş divarlarından başlamış axırlarına qədər ayıpəncəsi bitmişdi. Ayıpəncəsi о qədər hündür idi ki, balaca uşaqlar onun enli yarpaqları altında ayaq üstə sərbəstcə dura bilirdilər. Meşələrdə olduğu kimi, qalın ayıpəncəsi olan yerlər həm sakit, həm də qorxunc olurdu. Burada çoxdandı ki, bir ördək qırt düşüb yumurta üstündə oturmuşdu. Çox oturmaqdan lap təngə gəlmişdi; həm də ona baş сәkən az idi; başqa ördəklər ayıpəncələrin arasında onunla qaqqıldaşmaq əvəzinə, arxlarda üzməyi daha üstün tuturdular.

Nəhayət, yumurtaların qabığı çatladı, «cik... cik!» səsləri eşidilməyə başladı. Ətcəbalalar başlarını qabıqdan bayıra çıxartdılar.

Ördək balalarını səslədi. Onlar qabıqdan birtəhər çıxdılar. Ətrafa, ayıpəncəsinin yaşıl yarpaqlarına baxdılar. Yaşıl rəng göz üçün xeyirli olduğundan, anaları onlara mane olmadı. Ördək balaları yerbəyerdən səsləndilər:

   -Ah, dünya nə böyükdür!

Qoca ördək səsləndi.

   -Bəs necə? Yoxsa güman edirsiniz ki, bütün dünya elə buradır! Xeyr а! O, çox uzaqlara, о tərəfə, bağın о tayına, «Keşiş çölü»nə qədər uzanır, amma mən ömrümdə bir dəfə də olsun ora getməmişəm!.. Deyəsən, hamınız buradasınız, hə? Eh! Yox, hamınız burada deyilsiniz. Ən böyük yumurta hələ çatlamayıb, bütövdür! Bəs bu nə vaxt çatlayacaq? Lap təngə gəldim...

Ördək yenə də yumurtanın üstündə oturdu. Ona baş сәкmәуә gələn qoca Ördək soruşdu:

Hə, işlər necədir?

Necə olacaq? Budur bax bu bir yumurta ilə heç cür bacara bilmirəm. Çatlamır ki, çatlamır. Gözləməkdən yoruldum. Bir bu körpələrə bax, gör nə qəşəngdirlər!. Hamısı bir birinə oxşayır, lap elə bil atalarıdır. Amma yaramaz ataları bir dəfə də yanıma gəlmədi.

О çatlamayan yumurtanı mənə göstər görüm, - deyə qoca ördək səsləndi:

İnan ki, bu, hind toyuğunun yumurtasıdır! Bir dəfə mənim də başıma bu cür iş gətirmişdilər; hind toyuğunun balalarının zəhmətini çox çəkdim, amma birini də aldadıb suya öyrədə bilmədim; nə qədər qaqqıldadımsa, kar aşmadı, suya girmədilər ki, girmədilər! Yumurtanı ver, bir də baxım! Hə, lap özüdür! Hind toyuğunun yumurtasıdır! Bundan əl çək. Get öz balalarına üzmәк öyrət!

   -Yox, yaxşısı budur, bu qədər oturub gözləmişəm, bir az da gözləyim.

Qoca Ördək:

   -Mənə nə var, nə qədər istəyirsən gözlə! - deyib getdi.

Böyük yumurta da axır ki çatladı. Yumurtadan «cik-cik»1ə bir bala çıxdı. O, həm böyük, həm də çirkin idi. Ana ördək onu gözucu süzərək, öz özünə:

   -Nə böyükdür! - dedi. - Bu heç о birilərinə oxşamır! Doğrudanmı, hind toyuğunun balasıdır?! Görəsən, о da mənimlə suda çiməсәк? Ah, güclə də olsa, onu itələyib suya sala bilsəydim!..

Ertəsi gün hava xoş idi. Günəş öz şüalarını yaşıl ayı pəncəsinin üstünə salmışdı. Ördək, balaları ilə arxa yollandı. Özünü tappıltı ilə suya vurdu. Üzünü balalarına tutub səsləndi:

   -Cəld olun! Dalımca!

Bala ördəklər də bir birinin ardınca şappıltı ilə suya tullandılar. Əvvəlcə suya batıb, tez də üzə çıxdılar, irəliyə doğru yaxşıca üzməyə başladılar. Balaca pəncələri cəld işləyirdi. Çirkin, boz bala ördək də о birilərindən geri qalmırdı.

Ana Ördək dedi:

   -Bu hardan hind toyuğunun balası oldu?! Gör, pəncələri avar kimi suyu necə də düz ötürür. Yox, bu mənim öz oğlumdur ki, var! Diqqət edəndə axmaq olmadığı da aşkarca hiss olunur. Нә, cəld olun, ardımca gəlin! İndicə mən sizi cəmiyyət içərisinə aparacağam. Gəlin, quşlar olan həyətə gedək, ancaq məndən uzaq gəzməyin, ayaq altında qalarsınız. Pişikdən də özünüzü gözləyin!

Az sonra onlar quşlar olan həyətə çatdılar. Paho! Buradakı vurhavura bax!

İki ailə bir ilanbalığının başından ötrü vuruşurdu. Axırda о da pişiyə çatdı.

   -Hə, dünyanın işi belədir! - deyib ana ördək dili ilə dimdiyini yaladı. О da balıq başını çırpışdırınaq fikrində idi. - Hə, hə, pəncələrinizi tərpədin! Qaqqıldayın! Odur bax, о qoca ördəyə salam verin! Burada о hamıdan şöhrətlidir, özü də İspaniya cinsindəridir, elə onun üçün də belə yağlıdır. Pəncəsindəki qırmızı parçanı görürsünüzmü nə gözəldir?! Bu, ördəyə nəsib olan yüksək nişan sayılır. Heç kəs onu itirınək istəmir. Adamlar da, heyvanlar da bu nişanı görən kimi onun sahibinin kim olduğunu əlüstü bilirlər. Hə, tez olun, pəncənizi yerdə tutmaym! Gözəl tərbiyə almış hər bir ördək balası pəncələrini, öz ata anaları kimi, bayıra tərəf tutmalıdır. Bax, belə! Gördünüzmü? Hə, indi başmızı əyib qaqqıldayın!

Balalar elə anaları öyrətdiyi kimi də etdilər. Başqa ördəklər nəzərləri ilə onları süzərək, ucadan səsləndilər:

   -Budur ha, bir dəstə də gəldi! Elə bircə bunların yeri əskikdi. Hələ bir о boz balaya bax! Gör nə eybəcərdir. Biz bununla heç cür yola gedə bilməyəcəyik!

Elə həmin dəqiqə bir ördək qanad çala çala yaxınlaşıb onun boynuna bir dimdik ilişdirdi.

Ana Ördək qürurla səsləndi:

   -Ey, ona dəyməyin! О ki, sizə bir şey eləmədi. Ördək acıqlandı:

   -Tutaq ki, sən deyəndir, ancaq o, elə iri və qəribədir ki, tutub onu yaxşıca kötəkləmək lazımdır.

Pəncəsi qırmızı nişanlı qoca ördək səsləndi:

Sənin balaların çox qəşəngdir. Bircəciyindən başqa hamısı sevimlidir. Bu isə uğursuz olub!.. Boy buxununu dəyişdirmək mümкün olsaydı, yaxşı olardı!

Bu, heç cür mümkün deyil, cənab! - Ana ördək ona cavab verdi. - Düzdür, o, gözəl deyil, ancaq ürəyi təmizdir, mərhəmətlidir. Özü də pis üzmür. Cəsarətlə deyə bilərəm ki, lap о birilərdən də yaxşı üzür. Güman edirəm ki, böyüyər, gözəlləşər, boyu da kiçilər. Yumurtada çox qalmışdı, yəqin ona görə belə yaraşıqsız olub. - Ana ördək bunları deyib balanın belini qaşıdı, tüklərini tumarladı. -Sonrasına qalanda da, erkəkdir, еrkәk ördəyə də gözəllik о qədər lazım deyil. Güman edirəm ki, böyüyüb qüvvətlənər, özünə yol tapar.

Qoca Ördək:

   -Qalan ördəklər çox yaraşıqlı, çox sevimlidirlər! - dedi. - Hə, utanmayın, elə bilin öz evinizdəsiniz, əlinizə balıq başı keçsə, mənim üçün gətirıməyi unutmayın!

Ördək balaları özlərini öz evlərindəki kimi hiss etrnəyə başladılar. Yumurtadan başqalarından gec çıxmış çirkin, yazıq ördəyə hamı sataşırdı. Mәnсә ördəklər deyil, onu hətta toyuqlar da dimdikləyir, itələyir, acıqlandırır və deyirdilər:

   -Bu, çox zorbadır!

Ayağı mahmızlı doğulduğundan özünü padşah hesab edən hind xoruzu tüklərini qabardaraq, yelkənli gəmi kimi düz ördəkciyin yanına uçdu, acıqlı-acıqlı ördəkciyə baxıb qaqqıldadı; pipiyi, qanla dolmuş kimi, qıpqırmızı qızardı. Yazıq ördəkcik nə edəcəyini, hara gedəcəyini bilmirdi. Öz özünə: - kaş belə çirkİn doğulmayaydım, quşlar mənə gülməyəydilər! - deyirdi.

Birinci gün belə keçdi, sonra isə daha pis oldu; hamı onu qovurdu, hətta bacıları, qardaşları da ona acıqlanırdılar.

Ay kifir, kaş səni pişik aparaydı!.. Ana ördək isə:

Kaş gözlərim səni görməyəydi, - deyə gileylənirdi.

Ördəklər onu çimdikləyir, toyuqlar dimdikləyir, quşlara dən verən qız da onu ayağı ilə itələyirdi.

Nəhayət, ördəkcik davam gətirə bilməyib həyətin о biri tərəfinə keçdi və hasardan о üzə atılıb qaçdı. Kolluqdaki kiçik quşlar onu görən kimi diksinib uçdular.

Ördəkcik düşündü: «Gör nə qədər çirkinəm ki, onlar da məndən hürkdülər!..» O, gözlərini yumub, vəhşi ördəklərin yaşadığı bataqlığa qədər qaçdı. Yorulmuşdu, həm də çox qəmgin idi. Bütün gecəni buradaca uzanıb qaldı.

Səhər vəhşi ördəklər yuvalarından qalxıb ördəkciyi - təzə yoldaşlarını gördülər, yaxınlaşıb bir birlərindən soruşdular:

   -Bu necə quşdur?

Ördəkcik о tərəf-bu tərəfə dönərək, öz bacardığı kimi onlara salam verdi.

   -Sən nə kifir şeysən! - deyə vəhşi ördəklər səsləndilər: - Bir şey var... bizimlə bir cinsdən olmaq fikrinə düşməyəsən ha!

Yazıq ördəkcik belə fikrә düşə bilərdimi?! Bircə bu qamışlıqda qalıb bataqlığın suyundan içməsinə izin versəydilər,.. Başqa şey istəmir..,

Ördəkcik həmin bataqlıqda iki gün qaldı. Üçüncü gün ога iki vəhşi еrkәk qaz uçub gəldi. Onlar yumurtadan bu yaxınlarda çıxmışdılar, ona görə də çox öyünür və söylənirdilər:

   -Qulaq as, ey dost! Sən yaman kifirsən... Düz sözümüzdür... Ancaq bizim xoşumuza gəlirsən! De görək, bizimlə gedib, azad quş olmaq istərdinmi? Yaxınlıqda başqa bir bataqlıq var. Orada çox sevimli vəhşi qız qazlar yaşayırlar. Onlar: «Rap-rар!» edə-edə danışa da bilirlər. Bilmək olmaz, bəlkə, sən onların da xoşuna gəldin...

Birdən bataqlığın üstündə «pif-paf!» səsi eşidildi və qazların ikisi də ölü halda qamışlığa düşdü. Su onların qanından qızardı. «Pif-paf!» səsləri yenə eşidildi. Qamışların arasından böyük bir vəhşi qaz dəstəsi qalxdı. Ovçular güllə atırdılar. Onlar hər tərəfdən bataqlığı bürümüşdülər. Hətta bəziləri bataqlığın üzərinə əyilmiş ağacların budaqları arasında gizlənımişdilər. Göy tüstü bulud kimi ağacları bürüyüb, su üzərinə yayıldı. Tulalar şappıltı ilə bataqlıqda оyan-buyana qaçışırdılar. Qamışlar о tərəf bu tərəfə əyilirdi. Yazıq ördəkcik qorxudan tirtir əsirdi. Başını qanadı altında gizlətmək istəyirdi ki, qabağına dilini çıxarınış, acıqlı gözləri parıldayan bir tula çıxdı. Tula iri ağzını ördəkciyə yaxınlaşdırıb, iti dişlərini ağartdı, sonra şarp-şarpla ötüb getdi.

   -Mənə dəymədi! - Ördəkcik sevindi, - о qədər çirkinəm ki, hətta it də məni уеmәк istəmir! - O, qamışların arasında gizləndi... Başı üzərində tüfəng səsləri eşidilir, qırmalar vıyıldayırdı.

Tüfəng səsləri ancaq axşamüstü kəsildi, Hadisədən xeyli keçdikdən sonra da ördəkcik yerindən tərpənməyə ehtiyat edirdi. Bir neçə saat da keçdi. Nəhayət, о, cəsarətə gəlib qalxdı, ətrafa qorxa-qorxa göz gəzdirdi, çöllərlə, çəmənliklərlə daha uzaqlara qaçmağa başladı, elə bərk külək əsirdi ki...

Ördəkcik çox çətinliklə yeriyə bilirdi. Gecə vaxtı gəlib kasıb bir daxmaya çatdı. Daxma о qədər köhnəlmişdi ki? Az qala yıxılacaqdı. Ancaq hansı tərəfə yıxılacağını bilmədiyindən birtəhər dayanmışdı. Külək ördəkciyi çaşdırmışdı, о quyruğunu yerə dayayıb durmağa məcbur olmuşdu.

Tufan başlanırdı. Bəxtindən, daxma qapısının bir həncaməsi yerindən çıxmışdı. Qapı elə əyilmişdi кi, arasından rahatca keçib daxmaya girmək olardı. O, elə də etdi.

Daxmada bir qarı yaşayırdı. Bir pişiyi və bir toyuğu vardı. O, pişiyini «oğulcığaz» adlandırmışdı; pişik belini əyməyi, miyoldamağı, hətta bığlarını burmağı da bacarırdı, bunun üçün onun tüklərini geri tumarlamaq lazımdı. Toyuğun ayaqları gödək olduğundan qarı ona da «gödəkayaq» adı vermişdi. Toyuq yumurtlamağa böyük səy göstərirdi, qarı buna görə onu da öz qızı kimi sevirdi.

Səhər onlar yad ördəkciyi gördülər. Pişik miyoldadı, toyuq isə qaqqıldadı.

Orada nə var? - Qarı onlardan soruşdu və ətrafa boylanıb ördəkciyi gördü. Gözləri yaxşı seçmədiyindən, onu azıb gəlmiş yağlı ördəyə bənzətdi.

Nə gözəl tapıntıdır! Еrkәk olmasa, mənim üçün yumurtlar. Baxarıq, sınaqdan çıxararıq!

Ördəkciyi sınamağa başladılar... Üç həftə keçdi. Yumurtadan xəbər olmadı. Evin əsl ağası pişik idi, xanımı isə toyuq onlar özlərini bütün dünyanın yarısına, özü də ən yaxşı yarısına bərabər tuturdular. «Biz bütün dünyaya bərabərik», - deyirdilər. Ördəkcik isə inanmırdı. O, dərk edirdi ki, məsələ belə deyil. Toyuq buna tab gətirməyib ördəkcikdən soruşdu:

Sən yumurtlaya bilirsənmi?

Yox!

   -Hə... Onda dilini saxla!

Pişik soruşdu:

   -Sən belini әуmәк, bığlarını burmaq və miyoldamaq bacarırsanmı?

   -Yox.

   -Hə... Onda ağıllı adamlar danışanda, araya soxulub bir məsələ barədə rəy söyləmə!

Ördəkcik tüklərini qabardıb küncdə oturmuşdu. Birdən yadına təmiz hava, günəş düşdü, həm də çoxlu-çoxlu üzmək istəyirdi. Özünü saxlaya bilməyib bu barədə toyuqla danışdı:

   -Əşi, sənə nə olub? - deyə toyuq soruşdu. - Veyllənirsən, ona görə də başına gic-gic fikirlər gəlir! Ya yumurtla, ya da miyolda, onda gicliyin gedər!

Ördəkcik:

   -Ah, üzmək mənim üçün о qədər xoşdur ki, dərinliklərə baş vurmaq elə ləzzətli olur ki, - dedi.

Toyuq dedi:

   -Pəh-pəh, bir ləzzətə bax! Sən lap dəli olmusan! Pişik tanıdıqlarımm hamısından ağıllıdır, ondan soruş gör üzmək, suya batmaq heç xoşuna gəlirmi? Hələ özümü demirəm! İstəyirsən lap bizim qarı xanımdan soruş, dünyada ondan dərrakəli adam yoxdur. Suyun dibinə baş vurmağı xoşlayıb-xoşlamadığını о sənə deyər.

Ördəkcik:

   -Siz məni anlamırsınız! - dedi.

   -Biz anlamırıqsa, onda bəs səni kim anlayar? Demək... hələ mən özümü demirəm, sən pişikdən, xanımdan da ağıllı olmaq istəyirsən? Sarsaqlama! Sənə edilən hörmətə görə təşəkkür elə! Sənə yer verdilər, canını qızdırdılar. Sən elə bir cəmiyyətə düşmüsən ki, oradan çox şeylər öyrənə bilərsən. Başın boşdur. Səninlə danışmağa da dəyməz! Mənə inan! Sənin yaxşılığını istəyirəm, onun üçün də acıqlanıram, əsl dostlar həmişə belə edirlər! Ya yumurtlamağı, ya da bığlarını uzadıb miyoldamağı öyrənməyə çalış!

Mən buradan çıxıb getsəm yaxşıdır!

Toyuq:

Səni zorla saxlayan yoxdur, - dedi, - gedirsən, get! Ördəkcik çıxıb getdi. O, gah üzür, gah da suyun dibinə baş vururdu.

Lakin qabaqki kimi yenə də hamı ona gülür, çirkinliyinə nifrət edirdi.

Payız girmiş, ağacların yarpağı saralıb solmuşdu, küIək də yarpaqları budaqlardan qoparıb havaya sovururdu. Havalar soyumuşdu. Buludlar yerə gah dolu, gah da qar yağdırırdı. Qarğalar çəpərlərin üzərinə qonub soyuqdan qarıldaşırdılar. Uuuu! Belə soyuqda bir dəqiqənin içində donmaq olar! Yazıq ördəkciyin işi xarabdı.

Bir dəfə axşamçağı günəşin hələ parıltısı getməmiş, kolluqların о uzündən bir dəstə böyük, gözəl quş qalxdı. Ördəkcik bu vaxta qədər belə gözəl quşlar görməmişdi; hamısı qar kimi ağappaq, uzun, oynaq boyunlu idi. Demə, onlar qu quşu imişlər. Qəribə səslər çıxararaq, gözəl və iri qanadlarını çalıb, soyuq çəmənlərdən isti ölkələrə, göy dənizin о biri tərəfinə uçurdular...

Yazıq ördəkciyi anlaşılmaz bir qorxu bürüdü. O, suda fırfıra kimi fırlanıb boynunu uzatdı, elə bərk, elə qəribə səslə çığırdı ki, özü də diksindi. Gözlərini gözəl və xoşbəxt quşlardan ayıra bilmirdi. Elə ki, onlar uçub uzaqlaşdılar, Ördəkcik suyun lap dibinə baş vurdu, üzməyə başladı. Yenə suyun üzünə çıxdı. Quşları uzun zaman unuda bilmədi. Ördəkcik onların adını bilmirdi, hara uçub getdiklərini də anlamırdı, ancaq onları bu vaxta qədər dünyada gördüklərinin hamısından artıq sevmişdi. O, qu quşlarının gözəlliyinə paxıllıq etmirdi, özünün də onlar kimi gözəl ola biləcəyi heç fikrinə gəlmirdi, çox şad olardı ki, heç olmasa, ördəklər onu öz yanlarından qovmayaydılar. Yazıq çirkın ördəkcik!..

Soyuqdu, şaxtalı qış girmişdi. Ördəkcik donub ölməmək üçün dincəlmədən üzməli idi. Amma üzdüyü çayın donmamış yeri hər gecə bir az kiçilirdi. Şaxta о qədər sərt idi ki, hətta buz çatlamışdı. Ördəkcik qanadlarını о yana bu yana çalırdı, nəhayət, gücdən düşüb buzun üstünə yıxıldı, donub buza yapışdı.

Səhər tezdən ördəkciyin yaxınlığından bir kəndli keçirdi. Birdən o, ördəkciyi gördü, öz taxta başmaqları ilə buzu sındırdı, yarıcan olmuş quşu götürüb arvadı üçün apardı.

Ördəkciyin donu açıldı, о qızışdı, cana gəldi... uşaqlar onunla oynamaq fikrinə düşdülər. Ördəkciyə isə elə gəlirdi ki, uşaqlar onu incitmək istəyirlər. Qorxdu. Atılıb düz süd güvəcinin içinə düşdü. Süd ətrafa dağıldı. Xanım qışqırıb onu vurmaq istədi. Ördəkcik оyan-buyana çırpındı. İndi də yağ qabına düşdü, oraları da unla dolu çəlləyə yıxıldı. Vay dədəm vay, gör indi о nəyə oxşayır! Xanım maşanı əlinə alıb onun ardınca yüyürınəyə başladı, uşaqlar da bir birinin ayaqlarına dolaşa-dolaşa qəhqəhə və qışqırıqla onun ardınca qaçdılar. Yaxşı ki, qapı açıq idi, ördəkcik sıçrayıb bayıra çıxdı, təzəcə üstünə qar düşmüş kolluğa soxuldu, orada xeyli vaxt kеу kimi qaldı.

Bu sərt qış günlərində ördəkciyin başına gələn bütün fəlakətləri, bədbəxtlikləri söyləmək çox acınacaqlı olardı. Günəş isti şüaları ilə yeri qızdırmağa başlayanda ördəkcik bataqlıqda qamışlar arasında uzanıb dincəlirdi. Yenə də yaz fəsli idi. Torağaylar oxuyurdular.

Ördəkcik qanadlarını çalıb uçdu, indi onun qanadları əvvəlkindən çox-çox mоhkәm idi, tez-tez açılıb-yığıldıqca ördəkciyi irəli aparırdı. Birdən о özünü böyük bir bağda gördü. Bütün alma ağacları çiçəkləmişdi, Ətirli yasəmən uzun, yaşıl budaqlarını əyri-üyrü arx üzərinə əymişdi.

Ah, bura nə gözəl yerdir! Yazın nə yaxşı ətri gəlir... Birdən qamışlığın təmiz bir yerindən üç gözəl ağ qu quşu ördəkciklə rastlaşdı. Quşlar çox asan, düz xətlə üzürdülər; elə bil üzmür, suda sürüşürdülər. Ördəkcik bu gözəl quşları tanıdı. Onu anlaşılmaz bir qüssə bürüdü. Düşündü: «Uçub о gözəl, iri quşların yanına gedəcəyəm. Onlar, yəqin ki, kifir olduğum, yanlarına gəlməyə cəsarət etdiyim üçün məni ölüncəyədək dimdikləyəcəklər. Qoy olsun! Onların zərbəsindən ölmək ördəklərin, toyuqların didməsinə, quşların onu vurmasına, qışın soyuğuna, aclığına dözməkdən yaxşıdır!»

O, suya enib gözəl qu quşlarına tərəf üzməyə başladı. Qu quşları ördəkciyi görcək qanadlarını açıb ona tərəf üzdülər.

Yazıq ördəkcik:

   -Öldürün məni! - dedi. Başını aşağı saldı, ölümünü gözlədi. O, ayna kimi saf suda nə gördü? Öz əksini. Lakin... indi o, artıq tünd boz rəngli çirkin ördəkcik deyil, ağ qu quşu olmuşdu!.. Qu quşu yuvasından çıxan bir quşa ördək yuvasında dünyaya gəlmək heç də eyib deyil. İndi о bu qədər əzab-əziyyət çəkdiyinə təəssüflənımirdi. Şad idi… İndi öz bəxtini, bu cah-cəlalı yaxşı qiymətləndirə bilirdi.

Böyük qu quşları onun ətrafında üzür, dimdikləri ilə onu tumarlayırlar. Bu zaman balaca uşaqlar qaça-qaça bağa gəldilər, qu quşlarına və сörәk qırıntıları atmağa başladılar. Uşaqların ən kiçiyi qışqırdı:

   -Təzəsi gəlib! Təzəsi gəlib!

О biri uşaqlar da onun səsinə səs verdilər:

   -Təzəsi Təzəsi!

Uşaqlar sevindiklərindən əl çalıb oynadılar. Sonra yüyürüb analarını çağırmağa getdilər, qayıdıb yenə də suya çörək qırıntıları və pirojna atmağa başladılar.

Uşaqlar da, böyüklər də quşlara baxıb:

   -Təzə qu quşu hamısından yaxşıdır! О həm gözəl, həm də cavandır! - deyirdilər.

Qoca qu quşları da onun qarşısında baş əydilər. О isə tamam şaddı, səbəbini özü də bilmədən başını qanadları altında gizlətdi. Hamının ona güldüyü, оnu qovduğu günləri bir-bir yadına saldı. İndi quşların hamısı onun çox gözəl olduğunu söyləyirdi.

Yasəmən öz ətirli budaqlarını suyun üzərində, onun durduğu tərəfə əymiş, günəş isə isti, parlaq şüalarını ətrafa yaymışdı… Budur, onun qanadları şappıldadı, gözəl boynu düzəldi, sinəsindən sevinc dolu bir nida qopdu:

   -Yox! Mən çirkin ördəcik olanda bu cür xoşbəxtliyi heç xəyalıma da gətirə bilməzdim!..

Прочитано 17092 раз