Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Вторник, 06 Декабрь 2011 14:29

Lev Tolstoy

BABA VƏ NƏVƏ

(tərcümə edəni İ.İbrahimov)


 Baba lap qocalmışdı. Qıçlan gücdən düşmüşdü, gözlərinin işığı getmişdi, dişləri tökülmüş və qulaqları da ağır eşidirdi. Yediyi zaman xörək ağzından tökülürdü. Oğlu və gəlini babadan çox narazı idilər. Yemək vaxtı babanı masa arxasında əyləşməyə qoymazdılar. Onu sobanın dalında oturdub, xörəyini də orada verərdilər.

Bir dəfə, nahar vaxtı babaya bir qabda xörək verdilər. О qabı yaxına çəkmək istəyəndə əlindən salıb sındırdı. Gəlin, babanın bu işindən hirslənib, “Sən bizim evdə avadanlıq, qab-qacaq qoymayacaqsan”- deyə onu danlamağa başladı, sonra dedi: “Bu gündən sonra xörəyi nimçədə deyil, ağac qabda yeyəcəksən”. Qoca cavab verməyib, dərindən bir ah çəkdi.

Bu işdən bir neçə gün keçmişdi. Babanın gəlini və oğlu evdə oturmuşdular. Nəvəsi Mişa da döşəmə üstə əyləşib, taxta parçaları ilə əlləşir, nə isə düzəltməyə çalışırdı. Atası maraqlanıb soruşdu:

-     Mişa, nə qayırırsan?

-     Atacan, ağacdan qab qayırıram. Nə vaxt səninlə anam qocalsanız, sizə bu qabda yemək verəcəyəm.

Mişanın bu sözlərindən sonra, atası və anası bir-birinin üzünə baxıb ağladılar. Onlar baba ilə pis rəftar etdiklərindən peşiman oldular. О gündən babaya hörmət və yaxşı qulluq etməyə başladılar.


ÇƏYİRDƏK

Ana aldığı gavalıları nahardan sonra uşaqlara paylamaq istə-yirdi. Gavalılar boşqabda idi. Vanya ömründə gavalı yemədiyi üçün onları maraqla iyləyirdi. Gavalılar ona çox xoş gəlirdi. Vanya baxdıqca iştahası artır, onları götürüb yemək istəyirdi. Ona görə də gavalılarm yanmdan о tərəf bu tərəfə gedir, yolunu gavalı qoyulduğu yerin lap yaxmmdan salırdı. Nəhayət, otaqda tək qaldıqda, özünü saxlaya bilməyib, gavalılardan birini yedi.

Nahardan qabaq ana gavalıları sayıb, birinin çatmadığmı gördü və ataya xəbər verdi.

Nahar zamanı ata belə dedi:

-           Uşaqlar, sizlərdən gavalının birini yeyən olmayıb ki? Hamı dedi: yox. Vanya da qıpqırmızı qızarıb: "yox, mən

yeməmişəm" - dedi.

Ata uşaqlarm cavabını eşidib dedi:

-           Əlbəttə, yeməyinə biriniz yemisiniz, icazəsiz yemək ol-maz. Bu öz yerində, ancaq iş bımda deyil. Mənim qorxduğum şey başqadır. Gavalınm çəyirdəyi var. Kim onu udarsa, sabahı gün ölər.

Vanya bu sözləri eşidən kimi saraldı və dedi:

-           Yox, mən çəyirdəyi pəncərədən bayıra tulladım. Hamı güldü, Vanya isə utandığından ağlamağa başladı.

Прочитано 6632 раз Последнее изменение Вторник, 26 Июнь 2012 20:03
Другие материалы в этой категории: ÇƏYİRDƏK »