Çərşənbə axşamı, 12 Noyabr 2019 17:44
5-ci sinif şagirdi Rəşad Avropa Çempionatından qızılla qayıtdı - Video
Bakının Nərimanov rayonundakı Məktəb Lisey Kompleksinin 5-ci sinif şagirdi Rəşad Mahmudov Şimali Makedoniyada keçirilən Karatenin şotokan növü üzrə Avropa çempionatından qızıl medalla qayıdıb. Bu il Dünya çempionatında və ötən il Batumidə erməni rəqibinə qalib gələrək qızıl medal qazanan Rəşad hər zaman uğurları ilə ölkəmizin bayrağını yüksəklərə qaldırıb.
Materialın kateqoriyası
Xəbərlər