Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 23 İyun 2017 18:20

ELS layihəsini uğurla davam etdirir

23.06.2017Bu dəfə “İlk peşə təhsili və müasir cəmiyyət: problemlər və perspektivlər” mövzusu ictimaiyyətin müzakirəsinə çıxarıldı

İyunun 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində “İlk peşə təhsili və müasir cəmiyyət: problemlər və perspektivlər” mövzusunda Beynəlxalq Mətbuat Mərkəzində dəyirmi masa təşkil etmişdir.

FOTOQALEREYA

 Layihə çərçivəsində görülən işlər haqqında danışan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Salyan, Cəlilabad və Bərdə rayonlarında ilk peşə təhsili ilə bağlı monitorinqlərin keçirildiyini, uğurlu peşəkarlarla video müsahibələrin çəkildiyini bildirdi. Onun sözlərinə görə, monitorinqlərin nəticələri adıçəkilən rayonlarda İcra Hakimiyyəti və bələdiyyələrin təmsilçiləri, peşə liseyi və məktəbləri, orta təhsil məktəblərinin rəhbərliyi və psixoloqları, şagird və valideynlərin iştirakı ilə Dəyirmi Masalarda müzakirə edilmişdir. Layihə rəhbəri belə hesab edir ki, ilk peşə təhsilinə marağın az olmasının müxtəlif səbəbləri sırasında hər bir valideynin, bilik və bacarıqlarından asılı olmayaraq övladının məhz ali təhsilli görməsidir. Halbuki, gənclərimizin bir çoxu peşə ixtisaslarına yiyələnməklə gələcəkdə mütəxəssis kimi həyatda öz yerləri tapa və cəmiyyətə daha yararlı ola bilərlər. Statistik göstəricilərə nəzər salan İ.Yaqubova 2001-2015-ci illərdə Azərbaycanın orta məktəblərinin ümumorta təhsil pilləsini (9-cu sinifi ) bitirənlərin sayının 2,1 milyon, tam orta məktəbi bitirənlərin sayının isə 1,54 milyona yaxın olduğunu, X-cu sinfə getməyənlərin təxmini sayının 557 min təşkil etdiyini qeyd etdi. Həmin dövrdə ilk peşə-ixtisas təhsili müəssisələrini bitirmiş şagirdlərin sayı cəmi 193,6 min nəfər olduğunu nəzərə alsaq, belə müəyyən olunur ki, IX-cu sinfi bitirənlərin yalnız 34%-i müəyyən bir peşə sahibi kimi çalışırlar”, - deyə, İ.Yaqubova vurğuladı. Sonra İ.Yaqubova  müzakirəyə ilk peşə təhsilində ciddi dəyişikliklərlə bağlı təkliflər paketini çıxardı.

"Etiraf edək ki, cəmiyyət olaraq ilk peşəyə marağımız zəifdir", - deyən layihənin eksperti Orxan Cabbarlı şəxsi müşahidələrindən misallar gətirdi. Sonra o, regionlarda peşə məktəblərinin məzunları ilə bağlı layihə çərçivəsində hazırladıqları videocarxları nümayiş etdirdi.

Sonra ictimai müzakirələr başladı.

Təhsil İnstitutu peşə təhsili şöbəsinin müdiri Rəsul Əsgərov "Bu çox ciddi məsələdir, lakin burada ikinci tərəf işə götürənlərdir. Çünki peşə təhsilinin məqsədi əmək bazarına uyğun kadrların hazırlanmasıdır və biz ünvansız kadrlar hazırlamırıq", - deyə bildirdi. Onun sözlərinə görə, peşə məktəbləri ilə biznes-strukturları arasında hüquqi baza yoxdur ki, bu da qanunla tənzimlənməlidir. Təkliflər paketində yer alan məsələlərə münasibət bildirən natiq maarifləndirmə işinin daha çox işəgötürənlər arasında aparılmalısının zəruriliyini vurğuladı.  

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təmsilçisi Aygül Zülfüqarova təmsil etdiyi qurumun 2016-cı ilin aprel ayında yarandığını dilə gətirərək, peşəyönümlü istiqamətdə müxtəlif addımların atıldığını, xüsusi konsepsiyanın hazırlandığını dedi. "Agentliyin cəmi 42 işçisi var və bu cür layihələr bizə böyük dəstəkdir", - deyən A.Zülfüqarova görülən işə görə ELS-ın rəhbəri İ.Yaqubovaya minnətdarlığını bildirdi.

Dəyirmi masa iştirakçıları mövzu ilə bağlı mövcud problemləri müzakirə edərək maraqlı fikir və təkliflər səsləndirdilər.

Qeyd edək ki, tədbirdə aidiyyatı dövlət qurumlarının təmsilçiləri, QHT və KİV nümayəndələri ilə yanaşı  Bakı şəhəri orta ixtisas peşə liseyləri və ümümtəhsil məktəblərinin müəllim, psixoloqları və başqaları iştirak etmişdir.  

Oxunub 4071 dəfə