Musiqini Dinlə













Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« August 2017 »
Mon Tue Wed Thu Fri Sat Sun
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 14 İyun 2017 11:23

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Bərdədə dəyirmi masa keçirdi

2017.06.13İyunun 13-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təbliğində vətəndaş cəmiyyətinin iştirakının gücləndirilməsi” layihəsi çərçivəsində Bərdə şəhərində dəyirmi masa keçirmişdir.

 

 

FOTOQALEREYA

Yerli icra hakimiyyəti, peşə təhsili liseyi, orta təhsil məktəblərinin müəllim və şagirdlərinin birgə iştirakı ilə keçirilən tədbirdə layihənin rəhbəri İradə Yaqubova hazırlıq mərhələsində Bərdə Peşə Liseyində aparılmış monitorinqlə yanaşı peşə sənətkarları ilə bağlı videoçəkilişlərin aparıldığını bildirdi."Tədricən ölkədə peşəkarların, sənətkarların sayının azalması günün acı reallığına çevrilib", - deyən İ.Yaqubovanın qənaətinə görə, bu sahədə əsaslı dönüş yaradılmalıdır.  Bunun üçün isə ilk peşə təhsilinə icma üzvlərinin marağının artırılması, regionlarda peşə məktəbi-orta məktəb əlaqələrinin təkmilləşdirilməsi, peşələrə münasibətin köklü şəkildə dəyişilməsi və s. tədbirlər Strateji Yol Xəritəsi  və Gələcəyə Baxış kimi Dövlət Proqramlarında nəzərdə tutulmuşdur.

İradə Yaqubova bildirdi ki, layihənin yekunu olaraq facebook.com kimi sosial şəbəkədə ictimai müzakirələrə yol açan "Peşə mənim fəxrimdir" adlı səhifə yaradılacaq.     

Ekspert Orxan Cabbarlının fikrincə, sirr deyil ki, bu gün hər bir Azərbaycan ailəsi övladlarını ali təhsilli görmək istəyir. Ölkə iqtisadiyyatı, kənd təsərrüfatı, sənaye və digər sahələrdə peşəkarlara ehtiyac vardır. Nəyə görə ilk peşə ixtisaslarına maraq belə azdır?, - sualını verən ekspert regionlarda sənətkar haqqında layihə çərçivəsində çəkilən videoçarxları tədbir iştirakçılarına nümayiş etdirdi. Böyük marağa səbəb olan bu kadrlar dəyirmi masada iştirak edən orta məktəb müəllimləri və şagirdlərin  müzakirələrə qatılmasına və bu məsələ ilə bağlı fikir və təklifləri ilə bölüşməsinə səbəb oldu.   

Xarici ölkələr, xüsusən də Almaniyada peşə təhsilinə olan maraq və təcrübədən danışan Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin metodisti Xosrov Musayevin fikrincə ölkədə, xüsusən də regionlarda peşə təhsili ilə bağlı təbliğat olduqca zəifdir, peşəyönümlü ixtisaslara böyük ehtiyac var, həmçinin peşə məktəbləri müasir avadanlıqla təchiz edilməlidir və s.

Sonda təşkilatçılar layihə ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırdılar.   

Oxunub 182 dəfə