Səhifəni çap et
Cümə axşamı, 05 Yanvar 2017 18:38

Yeni il şənliyi çox maraqlı keçdi

20170102Yanvarın 2-3-də "Passage 1901" və "JW MARRIOTT ABSHERON BAKU" qapılarını Bakı şəhərinin balaca sakinləri üçün açmışdır. Bu məkanlarda “Bakı” Mədəni İnkişaf Mərkəzi və Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatr Studiyasının təşkilatçılığı ilə rəngarəng Yeni İl karnavalları təşkil olunmuşdur.

Balaca tamaşaçıları ənənəvi olaraq Şaxta Baba, Qar Qız və sevimli nağıl qəhrəmanları təbrik etdilər. Uşaqlar üçün səhnələşdirilmiş tamaşalar, viktorinalar, zarafatlar, rəqslər keçirildi. Nağılların qəhrəmanları uşaqlarla rəqs edir, onlara  maraqlı hekayələr danışır, əyləndirirdilər. Onların keçirdikləri müxtəlif müsabiqələr də Yeni il şənliyini daha maraq və rəngarəng edirdi. Sonra uşaqlar “Günay” Uşaq Teatr Studiyasının gənc istedadlarının təqdimatında “Şelkunçik” Yeni İl tamaşasından parçaya baxıb çox razı qaldılar.         FOTOQALEREYA

Oxunub 3800 dəfə