Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 02 Sentyabr 2016 12:08

Bir çox nəsillərin Kumiri

Oqtay ZulfuqarovFilosoflardan biri deyib ki, “Böyük işlər görmək üçün dahi ya da insanlardan üstün olmaq lazım deyil, onlarla olmaq kifayətdir”. Tək bu kəlmə ilə Yer kürəsindəki missiyası doğulduğunda təbiətlə ona verilmiş Oqtay Zülfüqarovu tam xarakterizə etmək olar. Uşaqlara bu sayda musiqi və mahnı bəxş etmək üçün onların yanında olmaq, hiss etmək, ən başlıcası isə sevmək lazımdır. Oqtay müəllimin uşaqlara olan qayğı və məhəbbəti qarşılıqlı idi, onlar da bəstəkarı sevir, onun əbədi yaşayacağını düşünürdülər. O, əbədiyyata qovuşdu, əbədi isə bir çox nəsillərin sevə-sevə dinlədiyi əsərlər olacaq. Hər birimiz “Biz onun mahnıları ilə böyümüşük”, – deyə bilərik və haqsız da sayılmarıq. Bu gün onun haqqında keçmiş zamanda danışmaq çox çətindir. Sözsüz ki, bu, milli musiqi mədəniyyətimiz üçün əvəzolunmaz itkidir. Oqtay müəllimin tələbə və pərəstişkarları onu gözəl müəllim, parlaq musiqiçi, bütünlükdə və təmənnasız olaraq özünü sənətə vermiş bir şəxsiyyət kimi xatırlayacaqlar. O, adi mahnılar deyil, uşaqlar üçün mahnı yazırdı. Uşaq musiqi dünyası xəyallarla doludur ki, bu da onu təkrarolunmaz edir. Bu həm mahnı, həm simfoniya, həm də opera və balet əsərləridir. Uşaqlar üçün mahnı bəstələyərkən musiqiçi çalışırdı ki, onun məzmunu maraqlı və başa düşülən olsun. Müxtəlif yaş kateqoriyasından olan uşaqların maraqlarını yaxşı bilən O.Zülfüqarov məktəb yaşına çatmamış uşaq üçün ayrı, məktəbli üçün tam başqa bir mahnı bəstələyirdi…

Bəstəkarın tələbə və pərəstişkarlarından fərqli olaraq, dostlarının yaddaşında o, həm də diqqətli, hazırcavab, maraqlı həmsöhbət, müdrik məsləhətlər verən dost kimi qalacaq. Biz də onu dostumuz bilir, məsləhətlərindən faydalanır, bir çox nəsillərin Kumiri olan Oqtay müəllimin  tükənməz enerji, istedad və yüksək peşəkarlığına valeh olurduq.

5 il əvvəl layihələrimizdən birinə başlayarkan, ilk dəfə dəfə olaraq məsləhət üçün Oqtay müəllimə müraciət etdik. Bəstəkar düşünmədən layihəyə qoşuldu və layihənin uğurla başa çatması üçün əlindən gələni etdi. İki il sonra başlayan “Yeni uşaq mahnıları-2013” layihəsinin uğurunda da Oqtay müəllimin imzası var: uşaq mahnıları ilə bağlı ölkədə yaranan boşluq məhz onun həmsədrlik etdiyi Münsiflər Heyəti tərəfindən aradan götürüldü. Gərgin və maraqlı anlarla yadda qalan mahnı seçimində o, çalışqanlığı və səmimiliyi ilə hər kəsi layihənin ideyası ətrafında birləşdirirdi.

Oqtay Zülfüqarov haqqında danışmaqla bitməz. Bilirik ki, o bizi eşidir: “Əzizimiz Oqtay müəllim, Sizin mahnılarınızla neçə-neçə nəsillər böyüyüb başa çatıb. Ana və atalarımız, biz və uşaqlarımız. Biz heç də şübhə etmirik ki, nəvə və nəticələrimiz Sizin mahnıları sevəcək və ifa edəcəklər. Napoleon Xillın “Düşün və varlan” kitabında yer alan hekayələrdən birində anadangəlmə eşitmə qabiliyyəti olmayan oğlan uşağının əhvalatı var. O,  həyatdakı missiyasını eşitmə aparatlarının satışında reallaşdırdı və bu sahədə çalışarkan minlərlə insana eşitmə qabiliyyətini bəxş etdi. Siz isə millionlara “Bu dünyada bizdən də böyük varlıq var” kimi Allahın ehkamını dərk etdirmiş oldunuz. Bu, bəşəriyyətə bəxş edilmiş ecazkar Musiqidir. Yaş ötdükcə yaddaşlarızdan bəzi hadisələr silinir, lakin uşaqlıqda yaranan ən parlaq təəssüratlar heç vaxt itmir. Sizin mahnılarınız – bizim qayğısız uşaqlığımız, rəngarəng xəyallar və başımızın üstündəki mavi səmadır. Bunun üçün təşəkkür edirik!”

“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi

Oxunub 2564 dəfə