Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 15:43

YAY SƏHƏRİ (Od tutub qırmızı atəşlə…)

Abbas Səhhət

YAY SƏHƏRİ

(Od tutub qırmızı atəşlə…)

 

Od tutub qırmızı atəşlə yenə yandı üfüq,

Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.

Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,

Oyadır öz sürüsün otlaya yaylaqda çoban.

Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən,

İsti yoxdur, hələ var bir balaca meh gecədən.

Ağ dumanlar ucalır göy  üzünə dağlardan,

Çox sərindir havası, keçmə bu yaylaqlardan.

Gün çıxır, göydə bulut qırmızı rəngə boyanır,

Kəndlilər çox yorulub, uykudan indi oyanır.

Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,

Bəzi səhrayə gedir işləməyə, bə'zi bağa.

Oxunub 7548 dəfə