Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 16:29

TÜLKÜ VƏ QURD

Abbas Səhhət

TÜLKÜ VƏ QURD

 

Tülkü gəzəndə yıxılıb nagəhan,

Bir quyuya düşmüş idi bir zaman.

Torpağa sürtmüşdü üzün, həm gözün,

Qurtara bilməzdi ölümdən özün.

Düєdü qəzadan ora qurdun yolu,

Baxdı ki, görsün quyu boşdur, dolu.

Tülkü onu gördü, salam eylədi,

Ağladı, yalvardı belə söylədi:

-Qurd lələ, səndən edirəm iltimas,

Sən məni bu təhlükədən qıl xilas.

Qurd dedi:-Çox-çox yanıram halına

Xatirim aşiftədir əhvalına.

Bilmirəm axşam edəcəksən necə?

Sübh açaçaqsan nə sayaq bu gecə?

Tülkü dedi:-Çox sağ ol, ey qurd lələ,

Boş danışıqdan nə yetər hasilə?

Sən belə hərgah mənə qəmxar isən,

Halıma rəhmin gəlib ağlar isən,

Bir qədər ip tap mənə qıl iltifat,

Ver mənə bir növ ilə burdan nicat,

Yoxsa ki, etməz quru söz iktifa,

İş gərək olsun nə əbəs iddia.

Oxunub 6440 dəfə