Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 16:28

TƏNBƏL

Abbas Səhhət

TƏNBƏL


Çox yatma, dur, a tənbəl,
Yatsan olar iş əngəl.
Gün dağlara yayıldı,
Hər bir yatan ayıldı.


Yar-yoldaşın səhərlər,
Tez məktəbə gedərlər.
Sən çəştədək yatırsan,
Pal-paltarın atırsan.


Xeyrü şərin qan, oğlum,
Öz halına yan, oğİum!
Bir azca himmət eylə,
Bir azca qeyrət eylə!
Hər kim dilər şad olsun,
Getsin çalışqan olsun!

Oxunub 6760 dəfə