Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 16:20

QARANQUŞ BALALARI

Abbas Səhhət

QARANQUŞ BALALARI


A quşcuğazlar, nə yaraşıqlısız,
Can kimi bəslənməyə layiqsiniz.
Nədir o istəkli, o heyran baxış,
Nə dadlı cik-cik, nə gözəl çırpınış.


Birdən ucaldı niyə cik-cikləriz,
Pəh-pəh, açılmış sarı dimdikleriz.
A bəxtəvərlər, ananız gəldimi?
Qondu yuva üstünə, dincəldimi?


Görcək onu səslənməyə başladız,
Civiltilərlə əcəb alqışladız.
Yem gətirib yoxsa sizə verməyə,
Ya ki gəlib bir quru dindirməyə?

Oxunub 6471 dəfə