Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 15:12

İT VƏ KÖLGƏSİ

Abbas Səhhət

İT VƏ KÖLGƏSİ

 

Bir it ağzında bir sümüklə səhər.

Su kənarından eyləyirdi güzər.

Suda öz kölgəsin görüb o zaman,

Sandı bir özgə itdir ol heyvan.

Sümüyü atdı tez o bir yanə,

Suya vurdu özün hərisanə,

O iti ta ki, qorxuya salsın,

Bəlkə ağzındakı əti alsın.

Tapmadı bir şey, oldu çox qəmgin,

Həm itirdi nahaq yerə xörəyin.

Kölgəyə uyma, hirsü qəflətdən-

Ta əlin çıxmasın həqiqətdən

Oxunub 5736 dəfə