Bu gün Rəşid Behbudovun ad günüdür
Görkəmli müğənni, ictimai xadim, vətənpərvər Rəşid Behbudovun əziz xatirəsi xalqın qəlbində həmişə yaşayır. Bu gün onun dünyaya göz açdığı gündür. Əslən Şuşadan olan sənətkar 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb.
İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100 dən çox ölkəsinə səfər edib.
Azərbaycanın ilk qadin-bəstəkarının yubiley gecəsi keçirildi
Dekabrın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi.
Azərbaycanın incəsənət xadimləri, ictimaiyyət və kütəvi informasiya vasitələri nümayəndələrini iştirak etdiyi gecədə çıxış edən Azərbaycan Mədəniyyət və Turizm nazırının müavini Ədalət Vəliyev və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə həyatının 40 ilini Azərbaycan musiqisinin inkişafına həsr etmiş Ağabacı Rzayevanın həyat və yaradıcılığı, milli musiqimizin inkişafında mühüm xidmətləri haqqında danışdılar.
Ağabacı Rzayeva - 100
Azərbaycanın ilk qadın-bəstəkarının yubiley gecəsi “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkilat dəstəyilə keçirilir
Dekabrin 10-da Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və “ELS” Müstəqil Arazdırmalar Mərkəzinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın 100 illik yubileyinə həsr olunmuş gecə keçiriləcəkdir.
“Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq foto-müsabiqəsinin qaliblərinin sərgisi açılıb
“Park Bulvar” alış-veriş mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan İDEA kampaniyasının həyata keçirdiyi “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq foto-müsabiqəsinin qalib fotolarının sərgisi açılıb.
APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən İDEA kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev bildirib ki, təmsil etdiyi kampaniya gənclər arasında ətraf mühitlə bağlı maarifləndirici tədbirlərin aparılmasına, ekologiya problemlərini ailənin, cəmiyyətin və milli həyatın ayrılmaz tərkib hissəsinə çevrilməsi naminə fəaliyyət göstərir: “Layihə tanınmış fotoqraf Reza ilə əməkdaşlıq çərçivəsində həyata keçirilərək böyük marağa səbəb olub. Müsabiqədə 30-dan artıq ölkədən 1000-dən artıq foto iştirak edib.
Azərbaycandan övladlığa uşaq götürmək üçün 10 əcnəbi ailə növbə gözləyir
Hazırda 10 əcnəbi ailə Azərbaycandan övlad götürmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) rəsmi qeydiyyatdadır. Bu barədə APA-ya açıqlamasında Komitənin ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Möhsümova bildirib.
Sektor müdiri deyib ki, bir çox ailələrin sənədləri daxil olsa da, onlar hələ ki araşdırılır. V. Möhsümovanın sözlərinə görə, hətta elə ailələr var ki, 2008-ci ildən övlad götürmək üçün gözləyirlər: “Övlad götürmək istəyən əcnəbi ailələr müxtəlif ölkələrdəndir. Övladlığa verilən ailələr arasında əsasən, Rusiyada yaşayan azərbaycanlılar üstünlük təşkil edir. Bundan əlavə, ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələrdən olan ailələrə də uşaqlar verilir”.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 1812-ci il Vətən müharibəsində Rusiyanın qələbəsinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib
Noyabrın 12-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 1812-ci il Vətən müharibəsində Rusiyanın qələbəsinin 200 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir Azərbaycanda Rusiya həmyerliləri təşkilatlarının Koordinasiya Şurası və Respublika kazakları həmyerlilər Birliyi ilə birgə təşkil olunmuşdur.
Tədbirdə Rusiya həmyerliləri təşkilatlatlarının rəhbərliyi və fəalları, tarixçilər, respublikanın gənclər birliklərinin nümayəndələri, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri və Bakı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri.