Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Ilham Eliyevİlham Əliyev: "Azərbaycan kosmik ölkəyə çevrilir"


"Gələn ay Azərbaycan birinci telekommunikasiya peykini  orbitə çıxarılacaq. Bu tarixi hadisədir". APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib. “Doğrudan da, Azərbaycan kosmik ölkəyə çevrilir, biz kosmik sənayenin inkişafı ilə məşğuluq və bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək və Azərbaycan kosmik ölkələrin sırasına daxil ediləcək. Amma bu vaxt gəlir, yaxın günlərdə biz bu tarixi hadisəni qeyd edəcəyik”, deyə dövlət başçısı qeyd edib.

Çərşənbə axşamı, 15 Yanvar 2013 16:07

“Hərəyə bir kitab” aksiyasına start verildi

kitab“İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun “Valideyin Himayəsindən Məhrum Olmuş Uşaqların Psixo-Sosial Reabilitasiyası Mərkəzi” keçən illərdə olduğu  kimi  2013-cü ildə də “Hərəyə bir kitab” aksiyasına start verib. Aksiya nəticəsində toplanmış kitablar Fond tərəfindən müəyyən olunmuş valideyn himayəsindən məhrum uşaq evləri üçün nəzərdə tutulub.  

Əsas məqsəd, internat uşaqlarını cəmiyyətin neqativ təzahürlərindən qoruyaraq kitablar vasitəsi formalaşdırmaq, mənəvi cəhətdən inkişaf etdirməkdir.

ans-logoYanvarın 13-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova ANS telekanalının canlı efirində yayımlanan "Bazar səhəri Rövşanə ilə" verilişinin qonağı olub. Verilişdə gənc nəslin formalaşmasında mədəniyyətin rolu, o cümlədən uşaq mahnıları, uşaq və yeniyetmələrin mədəni istirahəti və s. bu kimi aktual məsələrlə bağlı ölkədəki mövcud vəziyyət müzakirə edilib, çıxış yolları axtarılıb. Söhbət boyu maraqlı fikirlər, sms-lər səslənib. Qəribə də olsa, sms-rin birində Azərbaycanın Avropaya inteqrasiya etməsi səbəbindən uşaqlar üçün yeni mahnıların yazılması və ümumiyyətlə milli mahnı bazasının inkişafına hətta ehtiyac qalmadığı vurğulanıb.  

Irada Yagubova-ELSYanvarın 9-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova Gənclərin Səsi Radiosunun “Piyada vaxtı” verilişinin qonağı olub. Yarım saat ərzində “Beynəlxalq təcrübədə piyada qaydaları” mövzusu ətrafinda danışan müstəqil ekspert canlı yayımda eyni zamanda Bakı şəhərində piyadaların təhlükəsiz hərəkəti üçün yaradılan şərait, yol hərəkəti qaydalarının pozulma faktlarının son zamanlar artması və s. bu kimi günün aktual suallarını cavablandırıb.

UshaqlarAzərbaycan prezidenti İlham Əliyev sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

USHAQAzərbaycandakı uşaqlar yaşına uyğun olaraq azı ildə bir dəfə icbari qaydada dispanser müayinədən keçiriləcək. Bu barədə APA-ya açıqlamasında respublikanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib. O bildirib ki, bu məsələ prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan “Azərbaycan Respublikasında uşaqların icbari dispanserizasiyası” adlı qanun layihəsində öz əksini tapıb. Onun sözlərinə görə, bu qanun layihəsi artıq Milli Məclisdə müzakirədən keçib və yaxın zamanlarda iclasda müzakirə olunaraq qəbul edilməsi nəzərdə tutulur. Bunun ölkə üçün çox vacib bir qanun olduğunu deyən baş pediatr qeyd edib ki, Azərbaycanın qonşu dövlətlərində belə qanun mövcud deyil: “Bu qanuna görə ölkədə 18 yaşına kimi uşaqlar ildə bir dəfədən az olmayaraq icbari dispanser müayinəsindən keçiriləcək.

80 -dən səhifə 107