Finlandiyada uşaq mahnı yarışmasına qatılan həmyerlimiz yarımfinala çıxıb
Finlandiyada yaşayan 12 yaşlı həmyerlimiz Aylin Cabbarlı “Uşaqların səsi” musiqi yarışmasında yarımfinala vəsiqə qazanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin növbəti mərhələsində iki həmyaşıdı ilə birgə Madonnanın məşhur “Dua kimi” (“Like a Prayer”) mahnısını ifa edən A. Cabbarlı münsiflər heyətinin rəğbətini qazanıb.
Leyla Əliyeva gözdən əlil uşaqlara şer həsr edib
Oktyabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbi, Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə və Qaradağ rayonundakı 6 nömrəli uşaq somatik sanatoriyasında uşaqlarla keçirdiyi görüşlərin təsiri altında yazdığı şerlə sosial şəbəkələrdə paylaşmışdır.
Leyla Əliyeva 5 nömrəli respublika xüsusi internat məktəbində olub
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub.
APA-nın verdiyi xəbərə görə, 1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.
Nazir müavini: “Azərbaycanda peşə təhsilinə maraq artır”
“Nazirliyin “Qaynar xətt”i yalnız Müəllimlər günü münasibətilə yaradılmayıb. Təhsil Nazirliyinin “Qaynar xətt”i hər zaman fəaliyyət göstərir və bura daxil olan müraciətlərin sayı kifayət qədər çoxdur”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib. O bildirib ki, hər bir müraciət müvafiq şöbə tərəfindən araşdırılır və müvafiq tədbirlər görülür.
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib. APA-nın məlumatına görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.
Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar Pakistanda kimsəsiz uşaqlar üçün tədbir keçirilib
Sentyabrın 30-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın İslamabad şəhərində yerləşən “Beyt-ul-Mal” – kimsəsiz uşaqlar evində Qurban bayramı ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, İslamabad və Ravalpindi şəhərlərinin 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş təntənəli mərasimdə “Beyt-ul-Mal”ın icraçı direktoru Abid Vahid Şeyx, Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri, Azərbaycan səfliyinin əməkdaşları, aparıcı elektron və çap media mənsubları iştirak ediblər.