Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 07 May 2015 09:10

Yenidən “Açıq dərs”dəyik

06.05.2015“Mənəvi sərvətimizi necə qoruyaq?”

Mayın 6-da ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində növbəti müzakirələr keçirilmişdir.

“Açıq dərs” studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə “Mənəvi sərvətimizi necə qoruyaq?”mövzusu ətrafında apardıqları maraqlı fikir mübadiləsi ilə yadda qalıb.

Press-reliz  FOTOQALEREYA

06.05.2015-itvMayın 6-da "ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Mənəvi sərvətimizi necə qoruyaq?” mövzusu ətrafında “Açıq dərs” verilişinin ikinci efiri yayımlanacaq. Ekspertlər "ELS" Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova,  Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor, bəstəkar Oqtay Rəcəbov, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov və studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr olmuşdur.

Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini  qaçırmayın!

FOTOQALEREYA

01.29.04.2015Aprelin 29-da “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişinin ilk efiri olub. “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”  mövzusu ətrafında studiyanın ekspertləri Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova, Təhsil nazirliyinin təmsilçisi Elçin Sərdarov, İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktoru Zaur Mahmudov və QHT sektorunun nümayəndələri ilə birgə aktual və maraqlı müzakirələr keçirilib.  

Hər çərşənbə günü axşam saat 19:00 efirə gedəcək növbəti 5 verilişdə də cəmiyyəti narahat edən aktual məsələlərdən söhbət gedəcək. 

Press-reliz  FOTOQALEREYA

ELS-logo layihe“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziyası ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Açıq dərs” verilişlərinin çəkilişlərinə başlamışdır. 6 buraxılışdan ibarət silisilə verilişlərin hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara həsr olunmuşdur. Hər bir mövzuya müvafiq müzakirə iştirakçılarının seçimi və dəvəti prosesi artıq başa çatmışdır.

23.04.2015bmm

Aprelin 23-də “ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə aprelin 9-dan həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsini Beynəlxalq Mətbuat Mərkəzində təqdim etdi.

Aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova açdı. O, ilk öncə "ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələrini açıqladı. Sorğu nəticəsində müəyyən edilmişdir ki, televiziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilmişdir.

Sorğunun nəticələri: FOTOQALEREYA

46 -dən səhifə 107