Azərbaycan Respublika Gününü qeyd edir
Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. Düz 97 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.
Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.
Gəncədəki fləşmob Ginnes Rekordlar Kitabına düşə bilər
İlk Avropa oyunları ərəfəsində Gəncədə altı min nəfərin iştirakı ilə fləşmob keçirilmişdir. haqqin.az. saytının məlumatına görə,Heydər Əliyev meydanına toplaşan gənclər Avropa oyunları simvollarını əks etdirən fləşmob təşkil ediblər.
Bu aksiyanı Ginnes rekordlar Kitabının komissiyası da izləyib.
Bu yaxınlarda iraqda 4200 nəfərin iştirakı ilə İraq bayrağını əks etdirən fləşmob keçirilmişdir.
“Sərçənin sərgüzəştləri” operasının ilk təqdimatı Bəstəkarlar İttıfaqının səhnəsində
Mayın 25-də Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” adlı yeni uşaq operasının premyerası keçirildi. Bakı şəhəri 3 saylı Uşaq İncəsənət Məktəbinin uşaq xoru, rəqs qrupu və solistlərinin ifasında təqdim olunan tamaşa 28 may - Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur.
Premyeradan əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik etdiyi qurumun uşaq musiqisinə həmişə yüksək qiymət verdiyini vurğulayaraq, uşaqlar üçün biri-birindən maraqlı əsərlər yaradan Oqtay Zülfüqarov, Azər Dadaşov, Əfsər Cavanşirov, Oqtay Rəcəbov, Rəşid Şəfəq və digər görkəmli bəstəkarlarımızın adlarını xüsusi olaraq qeyd edib. “Uşaq musiqisi elə yazılmalıdır ki, uşaqlar onu həm dərk, həm də ifa edə bilsinlər” - deyə, bildirib. Onun sözlərinə görə, 4 uşaq operasının müəllifi olan Oqtay Rəcəbov yalnız bəstəkar kimi deyil, pedaqoq kimi də uğurla fəaliyyət göstərir.
ANONS! Mayın 27-si ELS İctimai Televiziyanın efirində
Mayın 27-də "ELS" Müstəqil Araşdırmalar Mərkəzi - İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycan Təhsil Nazirliyi və İctimai Televiziya ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Kitab dostumuzdur, yoxsa...? Mütaliəyə bugünkü münasibət” mövzusu “Açıq dərs” verilişinin müzakirə predmeti olacaq. Ekspertlər "ELS" Müstəqil Araşdırmalar Mərkəzi Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoruLətifə Məmmədova, yazıçı,“Sehrli Dünya” jurnalının baş redaktoru Gulzar Ibrahimova və şair Vahid Əziz studiyanın qonaqları ilə birgə maraqlı müzakirələr aparacaqlar.
Beləliklə, çərşənbə günü axşam saat 19:00-da “Açıq dərs” verilişinin növbəti efirini qaçırmayın!
ELS-ın layihəsi teleməkanda davam edir
“Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu gündəmə çıxarıldı
Mayın 20-də ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişinin növbəti buraxılışı yayımlandı.
“Açıq dərs” studiyanın ekspertləri “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru İradə Yaqubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov və Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu ətrafında maraqlı müzakirələr aparmışlar. Müzakirələrdə orta ümumtəhsil məktəblərinin psixoloqları və ali təhsil ocaqlarının tələbələri iştirak etmişlər.
Mayın 20-də “ELS” İctimai TV-nin efirində
Mayın 20-də saat 19.00-da ELS” Müstəqil Araşdırmalar Mərkəzi-İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin qorunmasında informasiya-kommunikasiya texnologiyalarının rolunun gücləndirilməsi” layihəsi çərçivəsində İctimai Televiziyanın “Açıq dərs” verilişində “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması” mövzusu müzakirə predmeti olacaq.
Ekspertlər “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təmsilçisi Aynur Veysəlova, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov və Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Elnarə Baxışlı ilə birgə keçirilən ictimai müzakirələri qaçırmayın!