TQDK sədri qeyd edib ki, Qazaxıstanda bu imtahanların birləşdirilməsi üçün 5 illik proqram hazırlanıb. Rusiyada tamamilə ayrı təcrübədir: “Mən demirəm ki, Rusiyadakı müsbət təcrübədir. Rusiyadakı imtahanının nöqsanları hər yerdə müzakirə olunur. Amma həm müsbət, həm mənfi təcrübə biz atdığımız addımlara müsbət təsir göstərir. TQDK-nın bu sahədə 20 illik təcrübəsi var. Bizim modelimizi artıq dünyada tətbiq edirlər. Bu, doğrudan da çox ciddi bir elmdir. Mən çox şadam ki, bu ildən magistraturada 2 ali məktəbdə “Monitorinq və qiymətləndirmə” ixtisası var. Mən o rektorlara müraciət etmək istəyirəm ki, o ixtisaslarda kimlər dərs deyəcək. Mən çox istərdim ki, o magistrlər bizimlə də işləsinlər. Təəssüflər olsun ki, Təhsil Problemləri İnstitutunda və Təhsil Nazirliyinin müvafiq şöbəsində belə mütəxəssislər yoxdur. Vəzifə tutmaqla mütəxəssis olmaq tamamilə ayrı şeylərdir”.