Səhifəni çap et
Cümə, 08 İyun 2012 15:01

“Dəcəllər” Teatrının növbəti uğuru

Deceller 0706.2012Iyunun 7-də, daun sindromlu uşaqların “Dəcəllər” Teatrı Rəşid Behbudov adına Mahnı Teatrında xeyriyyə konserti təşkil etmişdir. Anşlaqla keçən konsert zamanı gənc istedadların rəqs və mahnı ifaları hər kəsi valeh etdi. Gecə proqramına “Dəcəllər” Teatrına dəstək məqsədilə “Səyyah” rəqs qrupu, “Azərbaycan inciləri” vokal qrupu və digərləri də qatılmışdır. Səhnədə nümayış olunan rəqslər, mahnı ifaları və digər çıxışlar tamaşaçılar ın böyük maraq və sevincinə səbəb olmuşdur. Uzun müddət tamaşaçıların yaddaşlarından silinməyəcək bu gecə gənc istedadların növbəti uğuru və gələcəyə ümidi deməkdir.  

 

 

 

FOTOQALEREYA VİDE1

  

VIDE2              VIDE3                 VIDE4                 VIDE5                 VIDE6

 

Oxunub 1783 dəfə