Səhifəni çap et
Cümə axşamı, 07 İyun 2012 16:02

Heydər Əliyev Fondundan daha bir xeyirxah addım

FondHeydər Əliyevfondununtəşəbbüsü ilə Lənkərandaxeyriyyə aksiyası keçirilib. Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə aztəminatlı ailələrin uşaqları üçün xeyriyyə tədbiri - sünnət aksiyası təşkil olunub.

Xəstəxananın baş həkimi Ağabala Kəlbiyev bildirib ki, 100 uşağın qatıldığı tədbirdə tibbi əməliyyatlar xəstəxananın 7 həkim-cərrahı tərəfindən həyata keçirilib. Uşaqlar tam sağalanadək həkimlərin nəzarətində olacaqlar.

Qeyd edək ki, Fond tərəfindən keçirilən bu tədbir sayca dördüncü xeyriyyə aksiyasıdır.

Oxunub 1894 dəfə