Səhifəni çap et
Çərşənbə axşamı, 05 İyun 2012 15:29

Iyunun 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

TQDK binaTələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, TQDK tərəfindən 2012-ci il iyunun 2-də Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrində, həmçinin Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsində təhsil alan XI və IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 5-də saat 14:20-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

Bu imtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

İyun ayının 2-də tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu belədir:

Qiymət

Fənlər üzrə düzgün cavabların sayı

Ana  dili
(Azərbaycan bölməsi)

Rus dili
(rus bölməsi)

Riyaziyyat

2

0-4

0-4

0-4

3

5-16

5-16

5-15

4

17-25

17-24

16-25

5

26-30

25-30

26-30


Oxunub 2192 dəfə