Səhifəni çap et
Şənbə, 02 İyun 2012 12:05

Batumidə Naxçıvan Muxtar Respublikasında müalicə olunacaq uşaqlarının təntənəli yolasalma mərasimi keçirilib

Batumi2Batumi şəhərindəki Azərbaycanın Baş Konsulluğunun qarşısında Naxçıvan Muxtar Respublikasına səfər edəcək asma xəstəliyindən əziyyət çəkən, valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqlarının təntənəli yolasalma mərasimi keçirilib. 
Konsulluqdan 
APA-ya veriləm məlumata görə, mərasimdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Levan Varşalomidze, Acarıstan Muxtar Respublikasının Səhiyyə Naziri Temur Qabaidze, Nazir müavini Tamaz Karanadze və hökumət aparatının məsul işçiləri iştirak ediblər.

Mərasimdə Baş Konsul Hüseyn Nəcəfov çıxış edərək, Azərbaycan və Gürcüstan Respublikaları, eyni zamanda, Naxçıvan və Acarıstan Muxtar Respublikaları arasında əlaqələrin inkişafı barədə danışıb. Xüsusi olaraq qeyd edilib ki, cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasına səfər etmiş və səfər zamanı digər məsələlərlə yanaşı asma xəstəliyindən əziyyət çəkən aztəminatlı uşaqların ildə 4 dəfə Naxçıvanda müalicə almaları barədə razılıq əldə edilib. Baş Konsul müalicənin bütün maliyyə xərclərinin Azərbaycan Respublikası tərəfindən ödəniləcəyini diqqətə çatdırıb və bunun da 2 ölkə arasında dostluq və qardaşlıq əlaməti olduğunu bildirib. Bununla yanaşı, Baş Konsul, 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə uşaqları təbrik edib və onlara şəfa, müalicələrində uğurlar və can sağlığı arzulayıb. 
Sonra hökumət sədri Levan Varşalomidze uşaqları salamlayaraq onları Naxçıvan Muxtar Respublikasına səfər etmələri ilə əlaqədar təbrik etmiş və bunun Naxçıvan və Acarıstan Muxtar Respublikaları arasında bir neçə ay bundan öncə əldə olunmuş razılığın bəhrəsi olduğunu söyləyib. Varşalomidze Vasif Talibova və səfər ilə bağlı zəhməti olmuş digər insanlara təşəkkürünü ifadə edib, müalicə alacaq uşaqlara can sağlığı arzulayıb. Asma xəstəliyindən əziyyət çəkən 15 uşağın Naxçıvan şəhərinə yola salınma mərasimini “PIK TV”, “TV25” və “Ajara TV” telekanalları işıqlandırıb. 

 

Oxunub 2099 dəfə